Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda daha bir biznes-forum olacaq

Bakıda daha bir biznes-forum olacaq

Date: 27 October 2016 17:47

Noyabrın 7-də Bakıda Azərbaycan-Monako biznes-forumu keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə AZPROMO-dan verilən məlumatda deyilir.

Tədbirdə Monakonun qida, mebel sənayesi, ticarət, səhiyyə, turizm, loqistika, nəqliyyat, təhsil, alternativ energetika, saat istehsalı, daşınmaz əmlak, bank və sığorta sahələri üzrə sahibkar və işgüzar şəxsləri iştirak edəcəklər.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Monako ilə Azərbaycan arasında mal dövriyyəsi 41,97 min dollar təşkil edib.

Milli.Az


Tags:  Bakıda biznes-forum olacaq


RƏYLƏR


Top news