Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çin kəşfiyyatından Pentaqona zərbə

Çin kəşfiyyatından Pentaqona zərbə

Date: 28 October 2016 04:09

Çin casusları dəfələrlə ABŞ-ın milli təhlükəsizlik qurumları sıralarına daxil olaraq, Pentaqonun Çinlə mümkün münaqişəyə dair məxfi planlarının üstünü açmağa nail olublar.

 

APA-nın xəbərinə görə, bu barədə “Washington Free Beacon” nəşri Konqres komissiyasının hesabatına istinadən məlumat yayıb.  

 

Sənəd layihəsində qeyd olunur ki, Federal Təhqiqatlar Bürosu və ABŞ-ın Sakit okean komandanlığı (USPACOM) kimi qurumlar Çin casuslarının hədəfi olub.    

 

Pentaqon nümayəndələri qeyd edirlər ki, ən səs-küylü  casus qalmaqalı USPACOM-un polkovnik-leytenantı Benjamuin Purs Bişopla bağlı olub. O, 2014-cü ilin martında münasibətdə olduğu çinli qadına məxfi materiallar ötürdüyünü etiraf edib.   

 

USPACOM-un bir neçə vəzifəli şəxsinin Çin kəşfiyyatına işlədiyi bildirilib.   

 

Hesabata əsasən, FTB  IT şöbəsinin əməkdaşı Kun Şan Co Çun ABŞ-ın müşahidə sahəsindəki yeni texnologiyaları barədə məlumatların Çin tərəfinə ötürdüyünü etiraf edib: “Onların əldə etdikləri məlumatlar arasında 5,6 mln. barmaq izləri var. Onların vasitəsi ilə ABŞ kəşfiyyatına çalışan casusları  identifikasiya etmək mümkündür”.   

 

Hesabatın tam mətni noyabrın 16-da dərc ediləcək. 


Tags:  Çin kəşfiyyatından Pentaqona zərbə


RƏYLƏR


Top news