Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edib

Date: 28 October 2016 12:34

 

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 28-də Lənkəranda vətəndaşları qəbul edib. APA-nın cənub bürosunun məlumatına görə, FHN-nin Cənub Regional Mərkəzinin binasında keçirilən qəbulda Lənkəranla yanaşı, qonşu Masallı, Cəlilabad, Lerik, Astara və Yardımlı rayonlarının sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

 

Nazir tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 

Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.


Tags:  Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edib


RƏYLƏR


Top news