İlham Əliyevdən Ərdoğana və Binəli Yıldırıma TƏBRİK

İlham Əliyevdən Ərdoğana və Binəli Yıldırıma TƏBRİK
18:19 28 Oktyabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Türkiyənin milli bayramı- Respublika Günü münasibətilə təbrik edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: “Əziz Qardaşım, Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 

Türkiyə Respublikası iyulun 15-də Konstitusiyasına, dövlətçiliyinə və demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdinin sınağından mərdliklə çıxaraq müstəqillik və demokratiya yoluna sadiq olduğunu bir daha parlaq şəkildə nümayiş etdirdi və qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən birini yazdı. Həmişə Türkiyənin yanında olan Azərbaycan o dəhşətli gecənin bütün ağrı-acısını da, qardaş xalqın zəfərini də Sizinlə birlikdə yaşadı.

 

Əminəm ki, daim möhkəmlənən Azərbaycan-Türkiyə müttəfiqliyi və tərəfdaşlığı, qardaşlıq münasibətlərimiz bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda sülhün və sabitliyin bərqərar olmasına xidmət edəcəkdir.

 

Belə bir əlamətdar gündə Sizə bir daha təbriklərimi yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

 

İ. Əliyev eyni zamanda Türkiyənin baş naziri Binəli Yıldırıma da təbrik məktubu ünvanlayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257951

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR