“Azərbaycan” qəzeti: “O məmurların kabinetləri istidir, evləri kombi ilə qızdırılır”

“Azərbaycan” qəzeti: “O məmurların kabinetləri istidir, evləri kombi ilə qızdırılır”
11:19 29 Oktyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan parlamentinin rəsmi orqanı olan “Azərbaycan” qəzeti “Azəriqaz” və “Azəristiliktəchizat”la bağlı sərt tənqidi məqalə yayımlayıb.

 

“Niyə məhz 15 noyabrda?!” sərlövhəli məqalədə “Azəriqaz”ın qış rejiminə keçmək və qazın təzyiqini artırmaq üçün məhz bu tarixi gözləməsi tənqid edilib. Lent.az mövzunun aktuallığını  nəzərə alaraq məqaləni təqdim edir:

 

**

 

Qış mövsümünə keçməyin zəruriliyini kim və necə müəyyən edir?

 

Bu il havalar öz sürprizləri ilə bizi təəccübləndirməkdə davam edir. Oktyabrın əvvəlində 25-27, bəzənsə 30 dərəcə istidə qoluqısa köynəkdə gəzməyə məcbur olan bizlər ayın ortalarında leysan yağışlar, indi isə gündüzlər 7-8, gecələrsə 3-5 dərəcədən aşağı temperaturla qarşılaşmışıq. Biz hələ təkcə dağlıq ərazilərə yox, hətta Naxçıvan MR kimi quraq bölgəyə qarın düşməsini demirik. “Bu niyə belədir, nədən baş verir, nə qədər davam edəcək?” suallarının cavabları bizlik deyil. Onun üçün ölkədə hidrometeorologiya xidməti var və vəzifələri də yaxın günlər üçün gözlənilən hava barədə əhalini, dövlət qurumlarını məlumatlandırmaqdır. Yeri gəlmişkən, son dövrlər sinoptiklərimiz bu vəzifənin öhdəsindən pis gəlmirlər, yəni proqnozu necə verirlərsə, elə də olur.

İndi bizim hidrometeoroloqlarımız, eləcə də onların digər ölkələrdəki həmkarları neçə vaxtdır car çəkirlər ki, bu il son 100 ilin ən sərt qışı gözlənilir! Əslində, qeyd etdiyimiz kimi, Azərbaycanda biz artıq bu sərtliyin işartılarını, daha doğrusu, soyuğunu yaşayırıq. Məgər bizdə adi vaxtlarda qış, - baxmayaraq payızdır, - indikindən soyuq keçir ki?! Təbii ki, yox! Belədirsə, deməli, Azərbaycanda, o cümlədən paytaxtda birmənalı olaraq qış rejiminə keçilməlidir.

 

Amma sən demə, bizdə bunu havanın temperaturu yox, hansısa məmurun günahınınmı deyək, məsuliyyətsizliyininmi deyək, ucbatından sovet dövründən bu yana hələ də qüvvədə (?) qalan, istinad (?) olunan bir parça kağız, daha doğrusu, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı müəyyən edir! Yəqin ki, əski əlifba ilə yazılmış və neçə onillik keçdiyindən saralmış həmin qərarda da yazılıb ki, respublikanın aran bölgələrində, o cümlədən Bakıda qış mövsümü noyabrın 15-dən aprelin 15-dək, yəni 5 ay davam edir. Dağlıq rayonlarda isə bu müddət 6 ay - 181 gündür. Onu da bildirək ki, sözügedən sənəddə ekstremal hava şəraiti də nəzərə alınıb. Belə ki, ortada olmayan hökumətin qüvvədə olan qərarına əsasən, əgər havalar ardıcıl 8-10 gün ərzində soyuyaraq orta sutkalıq temperatur 6 dərəcəyə düşərsə, mövsümə tez keçmək olar. O dövrdə “Azəristiliktəchizat” ASC olmadığı üçün bu səlahiyyət yerli icra hakimiyyəti orqanlarına verilib.

 

İnsaf xatirinə qeyd edək ki, bu sənəd nə qədər köhnə olsa da, fəaliyyət göstərmək üçün keçərlidir. Təbii ki, bizim bunun hüquqi cəhətdən nə qədər qanuni olması ilə işimiz yoxdur. Lakin bütün hallarda siyasi müstəqilliyimizi bərpa etdiyimiz ötən 25 ildə hökumətin bir çox qayda və qərarları kimi, ölkənin və əhalinin sosial həyatında az əhəmiyyət kəsb etməyən həmin sənəd də dəyişdirilməli idi. Amma nə etmək olar?! Dəyişdirməyiblər, yenisini hazırlamayıblar, özləri bilərlər. Onda heç olmasa köhnəsində yazılanlara əməl etsinlər. Daha havanın temperaturu nə qədər aşağı düşməli və bu aşağı temperatur neçə gün davam etməlidir ki, mərkəzi və yerli icra orqanları qış mövsümünə keçidlə bağlı göstəriş versinlər. Ola bilsin, həmin göstərişi verməli olan məmurların kabinetləri istidir, evləri, mənzilləri kombi sistemi ilə qızdırılır. Allah eləməsin, xəstələnənləri olursa, müalicəyə hər cür şəraitə malik özəl klinikalara üz tuturlar, uşaqları, nəvələri özəl məktəblərə, bağçalara gedirlər.

 

Amma hamının buna imkanı yoxdur axı... Götürək mərkəzi istilik sisteminə qoşulmuş uşaq bağçalarını və məktəbləri. Yazıq körpələrin, aşağı sinif şagirdlərinin, məktəblilərin günahı nədir ki, məmur əmilər qış mövsümünün yetişdiyini bayırdakı hava ilə yox, nə vaxtsa qəbul olunmuş qaydanın təqvimi ilə müəyyənləşdirirlər. Yaxud, xəstəxana və poliklinikaları götürək. Görəsən, insanlara demək olarmı ki, hələ xəstələnməyin, biz hələ qış rejiminə keçməmişik, əks halda tibb müəssisəsində əlavə soyuqdəyməyə də tutula bilərsiniz?! Bəs mərkəzi istilik sistemi ilə qızdırılan mənzillər? Belə mənzillərdə yaşayanların hamısının fərdi kombi sistemi quraşdırmağa, yaxud hər otaqda bir elektrik qızdırıcısından istifadə etməyə maddi imkanlarının olmamasını sözügedən sahəyə cavabdeh qurumların rəhbərləri guya bilmirlər ki?! Bilirlər, özü də lap yaxşı bilirlər! Sadəcə, qeyd etdiyimiz səbəblərdən ya veclərinə deyil, ya da “kimdir köhnə qaydanı dəyişib yenisini yazan” deyib özlərini işə vermək istəmirlər. İstəsəydilər, lap elə noyabrın 15-də olsun, ölkə ərazisində, xüsusən paytaxtda istilik sistemi təchizatında çoxsaylı problemlər yaşanmazdı. Bunu boş yerə yox, ötən illərin acı və təəssüf doğuran təcrübəsindən çıxış edərək yazırıq. Kim zəmanət verə bilər ki, təxminən 20 gündən sonra “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə borcu olması məsələsi ortaya çıxmayacaq. Yəqin ki, heç kim. Çünki artıq indidən, necə deyərlər, “kuluarlar”da belə söhbətlər eşidilir. Küncdə-bucaqda isə mövzusundan asılı olmayaraq gedən söhbətlər heç nədən yaranmır, başqa sözlə desək, odsuz tüstü çıxmır. Yaxşı, elədirsə, nəyə görə dövlətin hər iki xidmət qurumu aralarındakı borc söhbətini qış mövsümü başlayanacan həll etmirlər? Köhnə olsa da, cavabı indiyəcən verilməyən sualdır.

 

Cavabı verilməyən sual həm də adları çəkilən xidmət qurumlarının indiyəcən bazar iqtisadiyyatının tələb və qaydaları çərçivəsində niyə fəaliyyət göstərə bilməmələridir. Hər halda istilik təchizatı sahəsində onların qarşılıqlı ittihamları bu təəssüratı yaradır. Qardaş, xidmət göstərin, pulunuzu alın da... İnanmırıq ki, obyektində, mənzilində normal istilik alıb onun haqqını ödəməyənlərin sayı çox olsun. Müşahidələrimiz də bunu göstərir. Belədirsə, xüsusən qış rejiminə keçid məsələsində hansısa yerli icra hakimiyyəti orqanından, məsələn, paytaxtda Bakı Şəhər İcra Hakimiyyətindən asılılıq nəyə lazımdır? Axı havaların dəyişməsi bu qurumların verdikləri sərəncamdan yox, çöldəki temperaturdan məlum olur.

 

Bunu elə belə - sözgəlişi yazırıq. Baxmayaraq ki, sözün düzünü həm də sözgəlişi deyirlər.

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İtaliyada toqquşma - Gözyaşardıcı qaz tətbiq olundu

28 May 2017 05:13

Rio Olimpiadasının irland mükafatçıları korlanmış medallarını geri qaytarıblar

28 May 2017 04:42

Sabiq prezidentin qəbri dağıdıldı

28 May 2017 04:33

Elvis Preslinin şəxsi təyyarəsi hərracda satılıb

28 May 2017 04:22

Suraxanıda 4 dəmir köşkü yanıb

28 May 2017 04:08

Dəhşət: bu gölə toxunan daşa dönür

28 May 2017 04:04

İngiltərə kuboku "Arsenal"ın oldu - VİDEO

28 May 2017 03:58

Serbiyanın paytaxtında güclü partlayış

28 May 2017 03:33

Üç model yeni kampaniyada - FOTO

28 May 2017 03:32

"Barselona" ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

28 May 2017 03:17

Məşhur rok ulduzu dünyasını dəyişdi - FOTO

28 May 2017 02:58

Belqradda güclü partlayış olub

28 May 2017 02:50

Donald Tramp G7 liderlərinin birgə fotoçəkilişinə gecikib

28 May 2017 02:32

Cazibədar Sunniva - FOTO

28 May 2017 02:32

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi oldu

28 May 2017 02:32

Ağcabədidə 4 metrlik gürzə öldürüldü - FOTO

28 May 2017 02:03

ABŞ KXDR-nin qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisini göndərib

28 May 2017 01:52

Suriya qoşunları Hələbin 12 kəndini İŞİD-ən azad edib

28 May 2017 01:37

Səyyahlar üçün mebel - FOTO

28 May 2017 01:32

Nömrəni səhv yığdı, xoşbəxt oldu

28 May 2017 01:29

Putinlə Ərdoğan telefonla danışdı

28 May 2017 01:28

Hər gün 5 alma çəyirdəyi yeyin

28 May 2017 01:09

Ermənistanda gömrük məntəqəsinin rəisi həbs edildi

28 May 2017 01:03

İtaliyada G7 sammitinə etiraz edənlərlə polis arasında toqquşma olub

28 May 2017 01:02

Azərbaycanda 28 May

28 May 2017 00:42

G7 sammiti başa çatdı

28 May 2017 00:38

Ən çox milyarderi olan ölkələr

28 May 2017 00:16

Astroloji proqnoz - 28 may

28 May 2017 00:13

Azərbaycan Xalq Cümhuriyyəti 98 yaşında

28 May 2017 00:07

“NATO PA-da növbəti dəfə erməni yalanının şahidi olduq” - Siyavuş Novruzov

28 May 2017 00:05

İtalyan model Silviya - FOTO

28 May 2017 00:05

Günün qoroskopu: ünsiyyət üçün əla gündür

28 May 2017 00:05

Böyük məbləğə satılan 15 qəribə rəsm əsəri - FOTO

28 May 2017 00:05

Oruc tutan şəxslər idmanla məşğul ola bilər?

27 May 2017 23:57

Alimlər keçəlliyin səbəbini tapdılar

27 May 2017 23:57

Facebook-a bağlılığınız uşaqlarınıza mənfi təsir edir

27 May 2017 23:57

Keçmiş senator həyatını itirdi

27 May 2017 23:54

İftarda ərik suyu için

27 May 2017 23:52

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:47

“Həzrət Davudun (ə) orucu” nə deməkdir?

27 May 2017 23:47

Kamran Ağayev "Amkar" klubuna keçə bilər

27 May 2017 23:43

Oruc tutanlar bu xəbəri mütləq oxuyun! - həkim məsləhəti

27 May 2017 23:42

Moruqla müalicə olunmaq üçün 5 resept

27 May 2017 23:37

"Arsenal" 13-cü dəfə İngiltərə Kubokunun sahibi olub

27 May 2017 23:37

Serial ulduzu kurortda istirahət edir - FOTO

27 May 2017 23:32

Yeniyetmə avarçəkənimiz Avropa çempionatında finala çıxdı

27 May 2017 23:32

Bülənt Ərsoyu kobranın sancdığı görüntülər ortaya çıxdı

27 May 2017 23:30

Bülent Ersoyu kobranın vurduğu anlar ortaya çıxdı - VİDEO

27 May 2017 23:27

Bu 11 qidanı soyuducunun buzluğunda saxlamaq olmaz

27 May 2017 23:27

Ramazan ayında niyə xurma yeyilir?

27 May 2017 23:22