Tərtərdə körpü inşa edilir - VİDEO

Tərtərdə  körpü inşa edilir - VİDEO
14:19 29 Oktyabr 2016
69 Digər
Ölkə mətbuatı
A- A+

 

Bərdə-İstisu avtomobil yolunun 10-cu km-də mühüm əhəmiyyətə malik avtomobil körpüsü inşa edilir.

 

“Azəravtoyol”dan Lent.az-a verilən məlumata gör, Tərtər çay üzərində inşası aparılan 3 aşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 m-dir.

 

Körpü 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 8.5 m-dir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə 1.75 m enində piyada səkilərinin də tikintisi nəzərdə tutulub.

 

 Lahiyyə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr yanaşma yolları və ümumi uzunluğu 56 metr olan 5 ədəd dairəvi borunun tikintisi aparılacaq.

 

Tərtər rayonunun Zolgölən və Sarcalı kəndlərini birləşdirəcək avtomobil körpüsü istismara verildikdən sonra məsafə dəfələrlə qısalacaq. Ümumilikdə 11 yaşayış məntəqəsinin 25.6 min əhalisinin gediş-gəlişi xeyli rahatlaçacaq. Bundan öncə isə vətəndaşlar Tərtər və Bərdə rayon mərkəzlərinə getmək üçün 10 km-dən artıq yol gət etməli olurdular.

          

Hazırda tikinti işləri yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR