6 otaqlı evdə partlayış: xəsarət alan var

6 otaqlı evdə partlayış: xəsarət alan var
02:34 30 Oktyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmazda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Köhnə Xaçmaz kəndində vətəndaşa məxsus ümumi sahəsi 289 m2 olan birmərtəbəli 6 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

 

Yanğın nəticəsində evin tavanı 2 m2 sahədə yanıb. Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258041

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR