Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rasim Balayev Fuad Poladovun qərarı haqqında: "Əcəb edib"

Rasim Balayev Fuad Poladovun qərarı haqqında: "Əcəb edib"

Date: 30 October 2016 11:19

“Fuad Poladov düz addım atıb”.  Lent.az xəbər verir ki, bu sözləri aznews.az-a xalq artisti Rasim Balayev Fuad Poladovun Akademik milli Dram Teatrından gedişinə münasibət bildirərkən deyib. O, hesab edir ki, Fuad Poladov kimi aktyorun gedişi Akademik teatr üçün xoş hadisə deyil:

 

“Fuad Poladovun gedişini eşitdim. Çox üzüldüm. Görünür incidiblər, bu da xoşuna gəlməyib. Əcəb edib gedib. Düz edib. Yəqin ki, teatr bu gedişlə çox şey itirəcək. Fuad kimi aktyor indi yoxdur, azdır. Gündən-günə azalırıq”.

 

R.Balayevin sözlərinə görə, Fuad Poladovun tamaşaçıları onu Rus Dram Teatrında izləyə bilər.

 

Xatırladaq ki, xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrı ilə yollarını ayırıb. O, aktyor Hikmət Rəhimovun işdən qovulmasına etiraz əlaməti olaraq belə bir addım atdığını deyib.


Tags:  Rasim Balayev Fuad Poladovun qərarı haqqında Əcəb edib


RƏYLƏR


Top news