Baş nazirin evinin yanında silah anbarı tapıldı

Baş nazirin evinin yanında silah anbarı tapıldı
21:14 30 Oktyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Serbiyanın Baş naziri Aleksandr Vuçiçin evinin yanında silah anbarı tapılıb.

 

“Qafqazinfo” Russian.rt-yə istinadən xəbər verir ki, daha öncə nazirin Belqradın Yayıntsı rayonundakı evinin yaxınlığında silahın avtomobildə tapıldığı deyilsə də, əslində silahların anbarda aşkarlanması məlum olub.

 

Vuçiç kiminsə ona qarşı sui-qəsd təşkil etməsi ilə bağlı xəbərlərə şübhə ilə yanaşdığını bildirib. Amma Daxili İşlər Nazirliyi anbarla bağlı ciddi araşdırmalara başlayıb. Nazirlik rəsmiləri qeyd ediblər ki, silahlar cinayətkarlar üçün əlverişli yerdə gizlədilib.

 

Anbarda qranatomyot, bir neçə əl qumbarası, avtomat və snayper tüfəngi üçün nəzərdə tutulan güllələr olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258086

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR