Son 1 ayda dəm qazından neçə nəfər zəhərlənib? - RƏSMİ

Son 1 ayda dəm qazından neçə nəfər zəhərlənib? - RƏSMİ
15:49 31 Oktyabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

 

Oktyabr ayı ərzində dəm qazı zəhərlənməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzə 36 nəfər müraciət edib.

 

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Lent.az-a açıqlamasında deyib ki, müraciət edənlərdən 28 nəfər xəstəxanaya qəbul olunub, 6  nəfəri məsləhətdən sonra evə buraxılıb. Dəm qazı ilə bağlı müraciət edənlərin 4-nün müalicəsi hazırda davam etdirilir.

 

A.Maqsudov qeyd edib ki, dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin əksəriyyəti qadınlardır və zəhərlənmələr əsasən hamam otağında yaşanıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR