Bakıda və Abşeron yarımadasında analoq yayımı dayandırılır- RƏSMİ MƏLUMAT

Bakıda və Abşeron yarımadasında analoq yayımı dayandırılır- RƏSMİ MƏLUMAT
20:54 31 Oktyabr 2016
103 Digər
Ölkə mətbuatı
A- A+

Sabahdan Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçiləcək.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurum əhalinin diqqətinə çatdırır ki, bu gün axşamdan etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılır. 1 noyabr tarixindən etibarən, Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçiləcək.

 

Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.

 

Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. 1 noyabrdan etibarən Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər.

 

Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.

 

Məlumat üçün bildirək ki, rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradacaq.

 

Xatırladaq ki, Respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari ilin 1 dekabr tarixindən keçiləcək və analoq yayım dayandırılacaq.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ramil Usubov rəisi işdən çıxardı

21 İyul 2017 18:57

XİN sözçüsü: "Azərbaycan və Çinin tarixən İpək Yolunun üzərində mühüm rol oynayıb"

21 İyul 2017 18:57

Qurban Qurbanov ehtiyatlı danışdı, ümid verdi

21 İyul 2017 18:57

Luçesku Bolqarıstan klubunun təklifini rədd etdi

21 İyul 2017 18:57

Xalq artisti Parisdə - FOTOlar

21 İyul 2017 18:52

Hikmət Hacıyev Çinin CCTV telekanalına geniş müsahibə verib

21 İyul 2017 18:52

"Facebook"da xəbər oxumaq pullu ola bilər

21 İyul 2017 18:52

Barama istehsalçılarına subsidiyanın ödənilməsinə başlanılıb

21 İyul 2017 18:47

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda torpaq uçqunu baş verib

21 İyul 2017 18:47

Filippin Prezidenti İlham Əliyevi təbrik edib

21 İyul 2017 18:47

İş yerində yatanlara ƏLA İMKAN

21 İyul 2017 18:43

Bakıda öpüşmək olar? - "Topuq və saçın görünməsi erotikadır" - VİDEO

21 İyul 2017 18:42

Qaxda 100-dən artıq ağac qanunsuz kəsildi

21 İyul 2017 18:37

Qax sakini təbiətə küllü miqdarda ziyan vurub

21 İyul 2017 18:34

Ağacəsənlərdən şikayət edildi

21 İyul 2017 18:33

Nazirlik Binəqədidə ağacların kəsilməsi ilə bağlı məlumat yaydı

21 İyul 2017 18:32

Tacikistanda 14 DİN əməkdaşı kök olduğu üçün işdən azad edildi

21 İyul 2017 18:32

Kıvanç Tatlıtuğun yeni serialı bəlli oldu

21 İyul 2017 18:32

Millimizin üzvü özünü porno-ulduza oxşatdı - FOTO-VİDEO

21 İyul 2017 18:27

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub

21 İyul 2017 18:27

Cocuq Mərcanlıda telefon və internet xidmətləri quruldu

21 İyul 2017 18:23

Məşhur müğənniyə böyük şok

21 İyul 2017 18:22

Mosulda İŞİD terrorçularına ərə getmiş 20 avropalı qadın tapıldı

21 İyul 2017 18:22

Ən dərin hovuzun dibinə endi - VİDEO - FOTO

21 İyul 2017 18:22

Gizli qulaqcıqlar: Tələbələrin inanılmaz fırıldağı

21 İyul 2017 18:19

Biləsuvar şəhərində 57 yaşlı kişi zəhərlənib

21 İyul 2017 18:17

Jurnalistlərin binasına pulsuz internet və telefon xətti çəkilir

21 İyul 2017 18:13

İlahiyyatçı: "İnsanlar cəhənnəmdən cənnətə düşə bilər"

21 İyul 2017 18:12

Tarkanın mahnısı ilə bağlı qərar açıqlandı

21 İyul 2017 18:12

17 yaşlı qızın bədəninə cin necə girdi?

21 İyul 2017 18:12

"iPhone" istifadəçilərinin nəzərinə

21 İyul 2017 18:10

Qurban Qurbanov Çempionlar Liqasındakı növbəti rəqib barədə fikirlərini bölüşüb

21 İyul 2017 18:07

Dahi rəssamın məzarı açıldı - bığları olduğu kimi qalıb - FOTO

21 İyul 2017 18:05

Prezident İlham Əliyev: "Pirallahı rayonunda turizmin inkişafı bundan sonra sürətlə gedəcək"

21 İyul 2017 18:05

"Bizi heç də asan olmayan iki oyun gözləyir" - Qurban Qurbanov

21 İyul 2017 18:05

Solistin intiharı "Linkin Park"ın klipinə 2 milyon baxış gətirdi - VİDEO

21 İyul 2017 18:05

Livan-Suriya sərhədində müharibə başladı

21 İyul 2017 18:03

ABŞ-ın dövlət katibi Qətər böhranı ilə bağlı Körfəz dövlətlərinə çağırış edib

21 İyul 2017 18:02

Həyatınızı asanlaşdıracaq 4 üsul

21 İyul 2017 18:02

Liviya-Suriya sərhədində əməliyyat

21 İyul 2017 17:58

Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb - FOTO

21 İyul 2017 17:57

Azərbaycan – İspaniya matçında 500 min avro "yeyilib"

21 İyul 2017 17:57

Erməni Kardaşyan restorana yarıçılpaq getdi - FOTO

21 İyul 2017 17:57

Basketbol yığmamızdan uğursuz nəticə

21 İyul 2017 17:57

Doğum sancısı çəkən kişilərin reaksiyası

21 İyul 2017 17:55

"İllərdir iynə-dərman gücünə yeriyirəm" - Ağır xəstəlikdən əziyyət çəkən jurnalist

21 İyul 2017 17:54

Ramil Usubovdan YENİ TƏYİNATLAR

21 İyul 2017 17:53

Dünya tibbində İLK - FOTO

21 İyul 2017 17:47

“Gizli xəzinələri ilə Türkiyəm” adlı foto-sərgi açılıb

21 İyul 2017 17:47

"Real" daha bir ulduzunu satdı - 30 milyona

21 İyul 2017 17:47