Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakıda qəssabı bıçaqlayıb, 2500 manatını apardılar

Bakıda qəssabı bıçaqlayıb, 2500 manatını apardılar

Date: 1 November 2016 02:59

Bakının Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, Bəxtiyar Nurməmməd oğlu Rəsulov NZS qəsəbəsində bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

 

Hadisə barədə polisə məlumat verilib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində olublar və xəstəxanada yaralı Bəxtiyar Rəsulovun ifadəsini alıblar.

 

41yaşlı Bəxtiyar Rəsulov ifadəsində bildirib ki, Bakıxanov qəsəbəsində qəssablıqla məşğuldur. O, axşam işdən çıxıb və NZS qəsəbəsində kirayədə yaşadığı evə gedib. Zərərçəkənin dediyinə görə, cibində 2500 manat pul olub. Evə gedən yolda tanımadığı şəxs Bəxtiyar Rəsulovun qarşısını kəsib və bıçaqla onu vurub. Hadisə törədən şəxs qəssabın cibindəki pulu da aparıb.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. Əməliyyatçılar hadisəni törədən şəxsin axtarışlarına başlayıblar.


Tags:  Bakıda qəssabı bıçaqlayıb 2500 manatını apardılar


RƏYLƏR


Top news