AKP-nin binasina hücumda şübhəli bilinən 9 nəfər saxlanıldı

AKP-nin binasina hücumda şübhəli bilinən 9 nəfər saxlanıldı
06:14 1 Noyabr 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının binasına edilən hücumla əlaqədar 9 nəfər saxlanılıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə,  şübhəlilərin ev və iş yerlərində aparılan axtarışlar zamanı çox sayda sənəd ələ keçirilib.

 

Ötən gün Qızıltəpədə hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edilib. Hadisə nəticəsində binanın mühafizəsini təmin edən 3 polis əməkdaşı yaralanıb.

 

Hücumun arxasında PKK terror təşkilatının durduğu ehtimal edilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258211

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR