Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda dolların rəsmi məzənnəsi REKORD HƏDDƏ ÇATDI

Azərbaycanda dolların rəsmi məzənnəsi REKORD HƏDDƏ ÇATDI

Date: 1 November 2016 17:14

Azərbaycanda dollar bahalaşmaqda davam edir. Lent.az Mərkəzi Banka istinadən xəbər verir ki, 02.11.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6490 səviyyəsində müəyyən olunub.

 

Qeyd edək ki, bu gün keçirilən valyuta hərracında yekun məzənnə 1,6471 səviyyəsində olmuşdu. Dünən isə Azərbaycanda dolların rəsmi məzənnəsi 1,6481 olub.

 

Onu da qeyd edək ki, 1,6491 Azərbaycanda bu günədək dolların ən yüksək rəsmi məzənnəsidir.

 

 

 

*****

 

 

12:13

 

 

Mərkəzi Bank bu gün keçirilən valyuta hərracı barədə məlumat yayıb.

 

Lent.az Bank-a istinadən xəbər verir ki, 1 noyabr tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,6381 məzənnəsi ilə başlayıb və 1,6471 məzənnəsi ilə yekunlaşıb.


Tags:  Azərbaycanda dolların rəsmi məzənnəsi REKORD HƏDDƏ ÇATDI


RƏYLƏR


Top news