Cəlilabad-Yardımlı yolunda körpü uçub

Cəlilabad-Yardımlı yolunda körpü uçub
17:44 1 Noyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

 

Cəlilabad-Yardımlı yolunun Gendərə kəndindən keçən hissəsində körpü uçub.

 

Lent.az-ın BakiPost.az-a istinadən məlumatına görə, bu barədə Astanlı kənd sakini Hüseynağa Rəcəbov məlumat verib. Onun sözlərinə görə, körpünün uçması nəticəsində rayonun Yuxarı Astanlı, Aşağı Astanlı və Gendərə kəndlərinin sakinlərinin rayonla əlaqəsi kəsilib: "Son vaxtlar intensiv yağışların yağması nəticəsində körpünü sel aparıb. Körpünün uçması nəticəsində rayonun 3 kəndini birləşdirən yeganə yolumuz bağlanıb. Rayon icra nümayəndəliyi hadisə yerinə gəlib baxıb, amma hələ də heç bir nəticə yoxdur. Bu körpü Gendərə kəndindən Cəlilabada və Yardımlıya yeganə çıxış yoludur. Biz də həmin körpüdən istifadə edirik. Hazırda ordan keçmək mümkün deyil. Təsəvvür edin ki, traktor belə həmin ərazidən keçə bilmir. Hər üç kənddə 500-dən çox ev var. Körpü uçandan xəstələri belə həkimə apara bilmirik. Məsələ ilə bağlı icra hakimiyyətinə müraciət etsək də, gəlib baxan yoxdur. Sadəcə yerli icra nümayəndəsi gəlib baxıb. Amma onun buna gücü çatmaz. Çünki texnika lazımdır”.

 

Kəndin digər sakini, şəhid atası Aydın Məmmədov qeyd edib ki, istər Cəlilabad, istərsə də Yardımlıya olan çıxış yolları bağlanıb, acınacaqlı bir durumdur: "Yeganə çıxış olan körpü də uçub. İcra hakimin birinci müavini Azər Xanıyev şəxsən mənə vəsaitin olmadığını deyib getdi. Görəsən icra hakimi hara baxır? O, prezidentin rayondakı nümayəndəsidir. Amma gəlib başda otursa da əhalinin şikayətlərini nəzərə almır. 3 kəndin əhalisi heç yerə gedə bilmir. Nə edəcəyimizi bilmirik”.

 

Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Xanıyev körpünün uçması ilə bağlı "Azəravtoyol" ASC-yə və baş nazirə müraciət etdiklərini deyib: "Körpünü sel aparan günün səhəri özüm şəxsən gedib hadisə yerinə baş çəkmişəm. Körpünü təmir etmək üçün baş nazirə və "Azəravtoyol" ASC-yə icra başçısının adından məktub ünvanlamışıq. Bu səbəbdən "icra hakimiyyəti maraqlanmır” demək düzgün deyil. Çünki bütün yollar "Azəravtoyol" ASC-nin balansındadır. Biz də onlara müraciət etmişik. Onlardan hadisə yerinə gəlib araşdırmalar aparmaq üçün nümayəndə heyəti və mütəxəssislər dəvət olunub. Bu körpünün bərpa edilməsi üçün böyük vəsait lazımdır. İcra hakimiyyətinin isə körpünü tikməyə elə də böyük vəsaiti yoxdur. Biz o körpünü texniki formada iki il öncə icra hakimiyyətinin daxili imkanları hesabına tikmişik. Amma hazırda körpünün necə tikilməsi "Azəravtoyol”un səlahiyyətində olan məsələdir”.

 

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə körpünün uçması ilə bağlı qurumun nə Yardımlı, nə də də Cəlilabad şöbələrinə müraciət edildiyini qeyd edib: "Körpünün uçması ilə bağlı rayonun heç bir qurumundan müraciət edən olmayıb. Bu gün nümayəndələrimiz hadisə baş vermiş əraziyə gediblər. Həmin ərazidə kustar üsulla balaca bir keçid olub. Sel də onun bir hissəsini yuyub aparıb. Hazırda güclü sel axını onu bərpa etməyə imkan vermir. Amma havalar normallaşan kimi keçid bərpa olunacaq".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Acunun toy gecəsindən sonrakı planı məlum oldu - VİDEO

25 İyul 2017 16:57

Aynişan Kapadokyada - FOTO

25 İyul 2017 16:52

"Milan" İstanbul klubunun növbəti təklifini rədd etdi

25 İyul 2017 16:52

Avtomobiliniz isti havada PARTLAYA BİLƏR

25 İyul 2017 16:52

Gözəllik imperiyasının yaradıcısından həyat, qadınlar və kişilər haqqında MÜDRİK FİKİRLƏR

25 İyul 2017 16:48

Avropada qanuni yaşamaq istəyənlərə ŞAD XƏBƏR

25 İyul 2017 16:47

"Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu"

25 İyul 2017 16:47

"Şoka düşdüm..." - Oksana

25 İyul 2017 16:47

"Aeroflot" əməkdaşları etiraz aksiyası keçirir - TƏLƏB əmək haqqı artırılsın

25 İyul 2017 16:47

Tramp Ukraynanı günahlandırdı və baş prokurora göstəriş verdi - FOTO

25 İyul 2017 16:47

Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir? - 20 min

25 İyul 2017 16:44

Plyonkaya görə 14 sürücü cərimələndi

25 İyul 2017 16:42

Ermənistanın hakim partiyasının deputatı: “Danışıqlarda hər şey Azərbaycana bağlıdır”

25 İyul 2017 16:38

Venesuelaya qarşı mümkün sanksiyalar nefti bahalaşdırıb

25 İyul 2017 16:37

Ölən müğənnini ortalığa qoyub selfi çəkdirdilər - FOTO

25 İyul 2017 16:37

FOTO: Dəhşətli görüntülər az öncə gəldi

25 İyul 2017 16:37

Kiçik və orta biznes seqmentində İT xərcləri 680 milyard dollara çatacaq

25 İyul 2017 16:35

Ermənistanda məmur itkin düşüb

25 İyul 2017 16:34

Azərbaycan: O, işdən çıxarıldı, yüksək vəzifə verildi

25 İyul 2017 16:34

Körfəz böhranında yenilik - Terrorçuların siyahısı genişləndi

25 İyul 2017 16:33

2017-2018 mövsümünün əsasnaməsinə dəyişiklik edildi

25 İyul 2017 16:32

Azərbaycanda aqroparkların yaradılmasına 200 milyon manatdan artıq sərmayə qoyulacaq - FOTO

25 İyul 2017 16:27

Ankarada ticarət mərkəzi yanır

25 İyul 2017 16:27

Dünyanın ən bahalı maşın nömrəsi: BU MƏBLƏĞƏ İNANMAQ OLMUR

25 İyul 2017 16:23

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkət planlarını açıqlayıb

25 İyul 2017 16:22

Yaqub Mahmudov: "Rusiya erməni faktorundan imtina etməlidir"

25 İyul 2017 16:22

FED-in iclasından ciddi qərarlar gözlənilmir

25 İyul 2017 16:22

"Öz ölkəmdə heç kim ağzını açmadı, Türkiyədə isə..." - müğənninin xanımı əsəbiləşdi - FOTO

25 İyul 2017 16:22

Azərbaycanda uşağın adı CINDIR qoyuldu

25 İyul 2017 16:20

Qurd ürəyi yeyən qız: 40 nəfəri zorlayaraq öldürən kişi ilə evləndi – ŞOK HADİSƏ

25 İyul 2017 16:18

"Real Madrid" Kilian Mbappe üçün "Monako"ya 180 milyon avro ödəyəcək

25 İyul 2017 16:17

Ərlərini və arvadlarını "dəyişən"lərin FOTOları

25 İyul 2017 16:17

Şəkidə yük maşını 10 ton ot bağlaması ilə birlikdə yandı

25 İyul 2017 16:17

TERROR: İŞİD-in istehsal etdiyi döyüş texnikası

25 İyul 2017 16:17

Şəhriyar del Geraninin atası: “O, Allah adamıdır, amma...” – Lent.az-da YENİ LAYİHƏ

25 İyul 2017 16:14

Hindistanda bina çökdü

25 İyul 2017 16:14

İnsanlar şirniyyat üstündə bir-birlərini əzdilər - VİDEO

25 İyul 2017 16:13

Hamilə aktrisa əri ilə sahildə - FOTOlar

25 İyul 2017 16:12

Bakılı qızın oğlanlara "padxod" etmək üçün

25 İyul 2017 16:10

Sevdiyi qızın anasını öldürən şəxs: "Rəhmətlik mənə "ya məni sev, ya da qızımı öldürəcəm" dedi"

25 İyul 2017 16:05

"Qarabağ" 50-ci ev qolu arzusunda

25 İyul 2017 16:05

Həkimlər xəbərdarlıq etdi: “Küçədəki heyvanlara toxunmayın”

25 İyul 2017 16:03

İslam partiyasının dövlətə xəyanət edən sədr müavini barədə MƏHKƏMƏ QƏRARI

25 İyul 2017 15:58

Natiq Kərimov və İnqilab Əhədovun apellyasiya şikayəti təmin edilməyib

25 İyul 2017 15:57

"Lotu Quli"nin yeznəsi azadlığa buraxıldı

25 İyul 2017 15:57

Növbəti doğuş terroru - İDDİA

25 İyul 2017 15:57

Azərbaycan və Gürcüstan növbəti danışıqlara başlayacaq

25 İyul 2017 15:52

Yük avtomobili 10 ton ot bağlaması ilə birlikdə yandı

25 İyul 2017 15:51

Azərbaycanda yüksək vəzifəli məmur İŞDƏN ÇIXARILDI - FOTO

25 İyul 2017 15:47

Neymarın PSJ-dən tələbləri

25 İyul 2017 15:47