İtalyan şahzadəsi yük maşınının altında qaldı

İtalyan şahzadəsi yük maşınının altında qaldı
20:59 1 Noyabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

Londonda qədim italyan nəslinin nümayəndəsi şahzadə Filippo Korsini yük maşınının vurması nəticəsində ölüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yük maşını velosipedlə hərəkətdə olan 21 yaşlı Korsinini vuraraq 30 metr sürüyüb. Korsini aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.   

 

“Evening standard” nəşrinin məlumatına görə, London universitetlərindən birində təhsil alan Filippo Korsini Florensiyanın ən qədim aristokrat nəslinin nümayəndəsidir. Roma Papası XII Klimentin (Lorenso Korsini) onun əcdadı olduğu bildirilir.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR