Türkiyə İraqın ərazi bütövlüyünə böyük önəm verir

Türkiyə İraqın ərazi bütövlüyünə böyük önəm verir
01:09 2 Noyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə İraq ərazisindəki Başika bazasında hərbçilərinin olması səbəbindən rəsmi Bağdadla münasibətlərdəki gərginliyin aradan qaldırılması məqsədilə diplomatik səylər göstərməkdə davam edir.   

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.   

 

“Başika ətrafındakı vəziyyət gərəksiz gərginlik yaratdı. Bu gərginlik olmamalı idi. Bununla belə, biz münasibətləri normallaşdırmaq üçün diplomatik səylərimizi davam etdiririk”, - deyə nazir qeyd edib.   

 

Çavuşoğlu Türkiyə XİN müşavirinin ötən həftə İraqa səfər etdiyini, yaxın günlərdə isə İraq hökumətinin nümayəndə heyətinin Ankaraya səfər edəcəyini  bildirib. Çavuşoğlu, həmçinin, İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin Ankara-Bağdad münasibətlərinin normallaşdırılmasında vasitəçi rolunu oynamaq təklifini alqışlayıb.   

 

“Türkiyə bu məsələdə bütün vasitəçi səylərini alqışlayır. İraq Türkiyə üçün qardaş dövlətdir. Bağdadda hamıdan yaxşı bilirlər ki, biz İraqın ərazi bütövlüyünə böyük önəm veririk”, - deyə XİN rəhbəri qeyd edib.     


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR