Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

PAOK-da daha bir itki

PAOK-da daha bir itki

Date: 2 November 2016 13:47

Avropa Liqasının IV turunda "Qarabağ"ı qəbul edəcək PAOK daha bir futbolçusunu itirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, söhbət hücumçu Calma Kamposdan gedir.

Georgios Tzavellas, Dimitris Cannulis və Dimitris Pelkasdan sonra Kamposun da zədələnməsi baş məşqçi Vladimir İviçi çətin vəziyyətdə qoyub. Məşq zamanı sağ ayağından xəsarət alan Anqola millisinin üzvü ilə bağlı yekun qərar MRT müayinəsindən keçdikdən sonra verilib. Məlum olub ki, zədəsi ciddi olan Kampos "Qarabağ"la görüşdə meydana çıxa bilməyəcək.
 
Qeyd edək ki, PAOK - "Qarabağ" oyunu sabah "Tumba" stadionunda baş tutacaq.

Milli.Az


Tags:  PAOK-da itki

RƏYLƏR


Top news