Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Azərbaycanı çiçəklənən və stabil ölkə kimi görmək istəyirik" - Malena Mard

"Azərbaycanı çiçəklənən və stabil ölkə kimi görmək istəyirik" - Malena Mard

Malena Mard Azərbaycanın milli geyimində - FOTO (14 Mart 2017 17:17)
Malena Mard ilaxır çərşənbəni belə qarşıladı - FOTOLENT (14 Mart 2017 15:54)
"Aİ Azərbaycan qazının planlaşdırılan müddətdə Avropaya ixrac olunacağını gözləyir" (03 Mart 2017 14:32)

Tarix: 2 Noyabr 2016 16:49

Avropa İttifaqı qonşularını, o cümlədən Azərbaycanı demokratik, çiçəklənən və stabil ölkə kimi görmək istəyir.

 

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Malena Mard Avropa Qonşuluq Siyasətinin Şərq bölməsinin saytına müsahibəsində deyib.

 

O bildirib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı və Azərbaycan iqtisadiyyatının ən böyük investorlarından biridir: “Azərbaycan bizim qonşumuzdur, qonşuluq isə çox vacibdir. Azərbaycan həmçinin Avropa İttifaqı üçün enerji sahəsində strateji tərəfdaşdır. Biz birgə layihəmiz olan Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasını səbirsizliklə gözləyirik. Bizim üçün qonşuluğumuzda olan tərəfdaşlarımızla açıq və səmimi dialoq qurmaq çox vacibdir”.  


Teqlər:  Azərbaycanı çiçəklənən stabil ölkə görmək istəyirik Malena Mard



RƏYLƏR


Top xəbərlər