Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Evdən oğurluq edib sonra da yandırdılar

Evdən oğurluq edib sonra da yandırdılar

Date: 3 November 2016 12:04

Noyabrın 1-də Bərdə rayonunun Saatlı kəndində yaşayan İbrahim Abbasovun evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlanıb, habelə ev qəsdən yandırılıb.

 

Lent.az-ın daxili İşlər Nazirliyinin ( DİN) saytına istinadən məlumatına görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Murad Abbasov, Müslüm Qasımov, Dinar Xasaylı və İslam Qəmbərov tutulublar.

 

Qeyd edək ki, faktla əlaqədar cinayət işi başlanılıb.

 

 

 

 


Tags:  Evdən oğurluq edib sonra yandırdılar


RƏYLƏR


Top news