"Bu müəllimlərin maaşlarının artırılmasına xidmət edir" - RƏSMİ

"Bu müəllimlərin maaşlarının artırılmasına xidmət edir" - RƏSMİ
16:19 3 Noyabr 2016
925 Digər
Ölkə mətbuatı
A- A+

“Bu ilin noyabr-dekabr aylarında Bakı şəhərində keçiriləcək müəllimlərin diaqnostik qiymətləndirməsində təxminən 3 minə yaxın müəllim iştirak edəcək”.

 

Lent.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib. M.Vəliyevanın sözlərinə görə, əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul olan, habelə cari dərs ilində müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə qəbul olan müəllimlər bilik və bacarıqların diaqnostik qiymətləndirilməsinə cəlb olunacaq. M.Vəliyeva bildirib ki, diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqlarının artırılmasına xidmət edir:

 

“Ötən illərdə Bakıda işləyən müəllimlərin təxminən 28 mini qiymətləndirilmədə iştirak edib. Hazırda qiymətləndirilmə üçün təşkilati işlər aparılır. Qiymətləndirilmənin dekabrın ayının əvvəlində keçirilməsi planlaşdırılır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR