Türkiyənin vurduğu Rusiyanın “SU-14”-nün pilotunun arvadı Çavuşoğlu ilə görüşəcək

Türkiyənin vurduğu Rusiyanın “SU-14”-nün pilotunun arvadı Çavuşoğlu ilə görüşəcək
20:59 3 Noyabr 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Hərbi-Hava Qüvvələrinin vurduğu Rusiyaya məxsus  “SU-14” təyyarəsinin pilotu Oleq Peşkovun həyat yoldaşı Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşməyə hazırdır.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Yelena Peşkova özü bildirib. “Ailəmizə nə qədər ağır olsa da, biz Moskvaya bu görüşə gedəcəyik”, - deyə Peşkova “Rossiya 24” telekanalının efirində  bildirib.    

 

Qeyd edək ki, bundan əvvəl Mövlud Çavuşoğlu “Rossiya 24”  telekanalına müsahibəsində Türkiyənin həlak olan pilotun ailəsinə maddi dəstək göstərməyə, özünün isə mərhumun ailəsinə baş çəkməyə hazır olduğunu bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR