NATO Əfqanıstanı bombaladı: 30-dan çox dinc sakin öldü

NATO Əfqanıstanı bombaladı: 30-dan çox dinc sakin öldü
23:34 3 Noyabr 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

NATO qüvvələrinin endirdiyi aviazərbə nəticəsində Əfqanıstanın Gündüz əyalətində azı 30 dinc sakin ölüb. Ölənlər arasında çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.    

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, aviazərbələr Əfqanıstan və ABŞ hərbçilərini mühasirəyə almış taliblərə qarşı nəzərdə tutulubmuş.   Əfqanıstanın rəsmi qurumları açıqlamalarında bildiriblər ki, taliblərin gizlənmək üçün dinc sakinlərin evlərindən mövqe kimi  istifadə etməsi əhali arasında itkilərə səbəb olub. Sakinlər zərbələrdən sonra etiraz aksiyası keçiriblər.

 

NATO insidenti araşdıracağını vəd edib.

 

Qeyd edək ki, Əfqanıstan və ABŞ hərbçiləri noyabrın 2-nə keçən gecə Gündüz əyalətində birgə əməliyyat keçirməyə başlayıblar. Döyüşlər zamanı 2 amerikalı hərbçi və 27 “Taliban” silahlısı ölüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR