Bakı metrosunda telefon oğurluğu kameraya düşdü - VİDEO

Bakı metrosunda telefon oğurluğu kameraya düşdü  - VİDEO
00:34 5 Noyabr 2016
151 Digər
Ölkə mətbuatı
A- A+

Metrodan çıxan qadının cibindən telefonunu götürür... Telefonu götürdükdən sonra qadının arxasınca da baxır ki, xəbəri oldu, ya yox.

 

Görüntülər Bakı Metropoliteninin ''Nizami'' stansiyasında təhlükəsizlik kamerasına düşüb.

 

“Xezerxeber.com”-un məlumatına görə, bir neçə gün əvvəl Bakı şəhər sakini Şəbnəm Babayeva metronun ''Nizami" stansiyasında gödəkçəsinin yan cibindən mobil telefonunun oğurlanması barədə polisə şikayət müraciət edib.

 

Bakı şəhər Baş Polis İdarəsi metropolitendə polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər oğurluq maddəsi ilə dəfələrlə məhkum olunmuş Anar Hüseynov tutulub. Həmin şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun metro stansiyalarında törətdiyi digər cibgirlik cinayətlərinin də üstü açılıb.

 

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

 

Polis əməkdaşları Anar Hüseynovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258613

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR