Azərbaycanın 16 neft yatağının sahibi "AST Telman"ın yolunu gedir

Azərbaycanın 16 neft yatağının sahibi "AST Telman"ın yolunu gedir
09:47 5 Noyabr 2016
1005 Maraqlı
Ölkə mətbuatı
A- A+

Nigeriya hökuməti "Shell" və "Eni" şirkətlərini məhkəməyə verib (06 Mart 2017 17:37)

Azərbaycanın Bakıdan tutmuş Salyana, Neftçalaya qədər çoxsaylı quru neft yataqlarının  sahibi, inquş əsilli rusiyalı milyarder Mixail Qutseriyev Federal Təhlükəsizlik Xidmətinə bağlı KİV-lərin hədəfindədir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə onun hazırda müflis olan keçmiş oliqarx Telman İsmayılovun yolunu getdiyini, şou-biznes əhlinin əsas sponsoruna çevrildiyini və onlardan təlxək kimi istifadə etdiyini yazırlar.

Life.ru-nun "Təlxəklər Qutseriyevin taxtı önündə" başlıqlı məqaləində deyilir ki, "Rossneft" prezidentinin şeir yazmaq hobbisi Rusiya şou-biznes əhli üçün tutarlı gəlir mənbəyinə çevrilib. Sərvəti 6 milyard dollara yaxın olan Qutseriyevin sözlərinə mahnı bəstələmək və oxumaq üçün yaşlısından tutmuş cavanına qədər Rusiya şou-biznesinin nümayəndələri bir-biri ilə yarışa giriblər.

Ahıl yaşlı Alla Puqaçovadan tutmuş onun əri Maksim Qalkinə, Nikolay Baskova və Filip Kirkorova qədər bir çox Rusiya estrada ulduzları milyarderin sözlərinə yazılmış mahnıları az qala səhərdən axşama qədər oxumağa hazırdır. Təbii ki, bu, milyarderin şeirlərinin misilsiz poetik gücə malik olmasından irəli gəlmir, müğənnilər indiki böhran dövründə Qutseriyevin sözlərinə yazılmış mahnıları ifa edib babat qazanırlar. 

Bu mahnılara klip çəkdirmək isə ayrı qazanc mənbəyidir. Belə kliplərin büdcəsi az qala hansısa yoxsul Afrika ölkəsinin büdcəsi ilə müqayisə oluna bilər. Nəticədə Rusiyanın şou-biznes əhli üçün Mixail Qutseriyev yeni Telman İsmayılova çevrilir. Hansı ki, "Çerkizovsk" bazarından pulların sel kimi axdığı illərdə "AST Telman" şou-biznes nümayəndələrindən kiminə "Porsche", kimisinə villa, kiminə karatlarla brillyant bağışlayırdı. Onlar milyarderi tez-tez əyləndirər, ad günlərində atılıb-düşər, cürbəcür ziyafətlərdə Telman İsmayılovun xoşuna gəlmək üçün bir-birləri ilə yarışa girərdilər.

T.İsmayılov Türkiyənin Antalya şəhərində 1.4 milyard dollara dəbdəbəli otel tikdirib onun açılışına Cennifer Lopesdən tutmuş Şakiraya qədər ulduzları çağıranda, onların başından milyonları səpələyəndə Putinin qəzəbinə düçar oldu. Rusiyanın o vaxtkı baş naziri "qızıldişli görməmiş"in ünvanına sərt ifadələr işlədəndən sonra əmr etdi ki, onun bazarını bağlasınlar. Elə o vaxtdan da "AST Telman"ın ulduzu söndü, özünə gələ bilmədi, müflisləşdi. Nəticədə 1.4 milyard dollarlıq oteli də əlindən aldılar.

M.Qutseriyevin də başına 2000-ci illərin ortalarında belə fəlakət gəlib. O, İnquşetiyada, deyəsən, Kremlin işlərinə qarışmağa cəhd eləmişdi və dərhal milyarderə yerini göstərdilər. Onun barəsində cinayət işi qaldırıldı. Qutseriyev həbsdən qurtulmaq üçün Rusiyadan qaçdı, ancaq Moskvada qoyub getdiyi oğlu müəmmalı avtoqəzada həlak oldu. Qutseriyev oğlu ilə vidalaşmaq üçün Rusiyaya qayıda bilmədi, faciəli şəkildə həlak olan Çingizxanın cənazəsini Bakıya gətirdilər və milyarder Bakıda oğlu ilə vidalaşdı. Və daha bir müddət Bakıda qalıb buradan Londona üz tutdu. Qutseriyev Londonda neft biznesinə yenidən başladı və "Global İnvestment Energy" adlı offşor şirkət yaradaraq Azərbaycana, Mavritaniyaya, Qazaxıstana yatırımlar qoydu.

2008-ci ildə Qutseriyevin offşor şirkəti "Global İnvestment Energu" (sonradan bu şirkət "Naftis"in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət "Mişovdağ" və "Kəlaməddin" yataqlarının operatoru "Karasu Operating Companu"nin 85, "Padar" və "Harami" yataqlarının operatoru "Kura Valley Operating Companu"nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.

Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında "Abşeron Operating Companu Limited" ("Zığ" və "Hövsan" yataqlarını işləyir), "Karasu Operating Companu" ("Kəlamətdin" və "Mişovdağ"), "Kura Valey Operating Companu" ("Padar-Hərəmi"), "Neftçala İnvestments Limited" ("Neftçala", "Xıllı", "Durovdağ-Bazanan"), "Binagadi Oil Companu" ("Binəqədi", "Qırmakı", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ" və "Sianşor") şirkətlərini birləşdirən "Qlobal Enerji Azərbaycan Ltd." ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.

Sonradan Qutseriyev beynəlxalq axtarışda olduğu və Londonda gizləndiyi vaxtlarda Azərbaycanda neft biznesini necə genişləndirdiyi haqda müsahibəsində bunları demişdi: "Mən mümkün olmayan işi bacardım. İnternet və telefon vasitəsilə biznesimi davam etdirdim. Məlum oldu ki, Londonda oturub başqa ölkələrdə telefonla şirkətlər qurmaq olar. Əsas odur ki, dəstəyin o tərəfindəkilər düzgün adamlar olsun. Mən Londonda yaşadığım müddətdə axtarışda olsam da Azərbaycanda neft yataqlarının istismarına 1 milyard dollar yatırdım, Mavritaniyaya isə 160 milyon dollar pul qoydum. Qalan ölkələrə isə daha 1 milyard investisiya yatırdım". 

Xatırladaq ki, Qutseriyev bu ilin martında oğluna olduqca dəbdəbəli toy edib və dünya ulduzlarını bu toya çağıraraq onlara milyonlar səpələyib. Deyilənlərə görə, Qutseriyev bu toya az qala 1 milyard dollar xərcləyib. Həmin dəbdəbə nümayişindən sonra inquş milyarder Rusiya mediasının gündəminə gəldi, onun Rusiyada iqtisadi böhranın hökm sürdüyü bir vaxtda bu cür toy eləməsi, deyəsən, Moskvanın xoşuna gəlməyib...

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"Just Cavalli"dən yeni kolleksiya - FOTO

27 Aprel 2017 05:32

“Qalatasaray”ın futbolçusu qəza törətdi

27 Aprel 2017 05:19

Rusiyada zəlzələ olub

27 Aprel 2017 05:12

"Real" "Deportivo"nu darmadağın etdi - VİDEO

27 Aprel 2017 04:53

ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcək

27 Aprel 2017 04:37

FHN Lənkərandakı ağır qəza ilə bağlı məlumat yaydı

27 Aprel 2017 04:34

Məşhur aktyor jurnal üçün çəkildi - FOTO

27 Aprel 2017 04:32

Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi

27 Aprel 2017 04:29

9 mindən çox polis işdən uzaqlaşdırıldı

27 Aprel 2017 04:03

Məcburi köçkünlərə görə

27 Aprel 2017 03:35

Köhnə kənd evi otel oldu - FOTO

27 Aprel 2017 03:32

Məşhur rejissor vəfat etdi

27 Aprel 2017 03:24

35 yaşlı futbolçu məşq zamanı öldü

27 Aprel 2017 03:23

Nigeriyada neft oğurluğunda şübhəli bilinən 10 nəfər saxlanılıb

27 Aprel 2017 03:22

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanıldı

27 Aprel 2017 03:13

Astroloji proqnoz - 27 aprel

27 Aprel 2017 02:58

Almaniya kubokunda finalçılar bəlli oldu

27 Aprel 2017 02:39

Çinidən metal bankalar - FOTO

27 Aprel 2017 02:32

İspaniya La Liqası: "Real" "Deportivo"nu böyük hesabla məğlub edib

27 Aprel 2017 02:27

Tramp-Putin görüşünə dair xəbər yalan çıxdı

27 Aprel 2017 02:24

"Real" 3 xalı darmadağınla qazandı

27 Aprel 2017 02:22

Bu şəhərlərin küçələri dadlı yeməklərlə aşıb-daşır - FOTO

27 Aprel 2017 02:03

Apteklərdə adı və tərkibi eyni olan dərmanlar niyə fərqli qiymətə satılır? -

27 Aprel 2017 01:56

Türkiyədə 9 mindən çox polis işdən uzaqlaşdırıldı

27 Aprel 2017 01:49

Fransa kuboku: PSJ "Monako"nu darmadağın edərək finala çıxıb

27 Aprel 2017 01:47

Fərqli küçə rəssamı - FOTO

27 Aprel 2017 01:32

Rusiyadan kritik Astana açıqlaması -

27 Aprel 2017 01:31

Lənkəranda ağır qəza:

27 Aprel 2017 01:20

Rusiya mətbuatı Putinlə Trampın ilk görüşü barədə xəbər yayıb

27 Aprel 2017 01:17

35 yaşlı futbolçu məşqdə öldü

27 Aprel 2017 01:04

Limonla tonqal qaladı - FOTO/VİDEO

27 Aprel 2017 01:03

Hadisə hicaba büründü -

27 Aprel 2017 00:58

Suriyada qətliam davam edir:

27 Aprel 2017 00:23

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb

27 Aprel 2017 00:22

Suriyanın bir neçə şəhəri terrorçular tərəfindən atəşə tutulub: ölən və yaralananlar var

27 Aprel 2017 00:07

Günün qoroskopu: qəm yeməyin, kimsə gələr, kimsə də gedər

27 Aprel 2017 00:05

"Barselona"dan 7 qol!

26 Aprel 2017 23:57

"Qalatasaray"ın futbolçusu qəza törətdi

26 Aprel 2017 23:57

Futbolda növbəti YENİLİK:

26 Aprel 2017 23:56

"İspaniya çempionatında sürpriz nəticələr olacaq"

26 Aprel 2017 23:47

Bu evə 120 milyon dollar verdilər - FOTO

26 Aprel 2017 23:47

Bu da oldu - 700 illik mağaradan lüks ev - FOTO

26 Aprel 2017 23:42

Moda dünyasında böyük dəyişiklik - 13.2 milyard dollar ödənildi

26 Aprel 2017 23:42

Liviya Avropa İttifaqından yardım istəyir

26 Aprel 2017 23:38

"Konteyə dedim ki..."

26 Aprel 2017 23:37

Hər gün tərxun yeyin! - 7 SƏBƏB

26 Aprel 2017 23:32

Şöhrətləri ilə bərabər gözəllikləri də artan ulduzlar - FOTO

26 Aprel 2017 23:32

Tailandda qasırğa xəbərdarlığı verilib

26 Aprel 2017 23:27

Cennifer sevgilisi ilə - FOTO

26 Aprel 2017 23:27

"Barselona" "Osasuna"nı darmadağın etdi -

26 Aprel 2017 23:25