Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Günəşli” yatağında həyəcan: zəlzələ qopmalar yaradıb

“Günəşli” yatağında həyəcan: zəlzələ qopmalar yaradıb

Date: 5 November 2016 12:39

Dünən, təxminən saat 23 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub.

 

“Socar”ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə zamanı işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların bir hissəsi təxliyyə olunub.

 

Bildirək ki, hadisə yerində ekspertlər tərəfindən texniki müayinə aparılıb, özüldə heç bir konstruktiv dəyişiklik müəyyən olunmayıb.

 

Qeyd edək ki, ötən il dekabrın 4-də Xəzər dənizində baş vermiş təbii fəlakət zamanı “Günəşli” yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə təmir-bərpa işləri və istehsalat prosesləri ümumi rejimdə davam etdirilir.

 


Tags:  Günəşli yatağında həyəcan zəlzələ qopmalar yaradıb


RƏYLƏR


Top news