Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda “Bayraq yürüşü” keçirilib

Bakıda “Bayraq yürüşü” keçirilib

Bayraq dirəyi iki ölkəni bir-birinə vurdu (07 Mart 2017 10:23)
Azər Türk Bankla küləyə qalib gələcəklər (01 Mart 2017 11:37)

Tarix: 5 Noyabr 2016 14:14

Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Bayraq yürüşü" keçirilib.

 

Lent.az-ın məlumatına görə, 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə təhsil naziri Mikayıl Cabbarov, nazir müavinləri, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali məktəblərin rektorları, ziyalılar, müəllim, tələbə və şagirdlər iştirak edib.

 

Yürüş Dənizkənarı Milli Parkda, "Azneft" meydanı yaxınlığındakı böyük monitorun yerləşdiyi ərazidən başlayıb və Bayraq Meydanında başa çatıb.

 

Qeyd edək ki, yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasıdır.



Teqlər:  Bakıda Bayraq yürüşü keçirilib



RƏYLƏR


Top xəbərlər