Separatçılar Dağlıq Qarabağın adını "dəyişir"

Separatçılar Dağlıq Qarabağın adını "dəyişir"
20:27 5 Noyabr 2016
299 Digər
Ölkə mətbuatı
A- A+

Xankəndidəki separatçı rejim Dağlıq Qarabağın adını dəyişmək qərarına gəlib. Yeni qərara görə, ermənilər Dağlıq Qarabağı bundan sonra "Artsax Respublikası" adlandıracaqlar.

Milli.Az İnterfaks-a istinadən bildirir ki, bunu Dağlıq Qarabağ "parlamentinin spikeri" Aşot Gülyan deyil.

"Artıq Dağlıq Qarabağın yox, Artsax Respublikasının Konstitusiyası olacaq. Tarixi ada qayıdış yeni Konstitusiyanın elə ilk maddəsində əks olunacaq", - A.Gülyan deyib.

"Yeni Konstitusiya"nın layihəsi Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyana təsdiq üçün təqdim olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/karabah/486706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR