Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
12:24 6 Noyabr 2016
517 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 07-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. Lent.az nazirliyə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə  9-11° isti, gündüz  13-16° isti olacaq. Bakıda gecə  9-11° isti, gündüz  14-16° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enləcək. 

Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraiti sabah əksər rayonlarda əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi  yerlərdə duman olacaq, şərq rayonlarında isə yağış yağacağı gözlənilir.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz  9-14° isti olacağı gözlənilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258699

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR