Avtobus aşdı, 20 uşaq yaralandı

Avtobus aşdı, 20 uşaq yaralandı
01:54 7 Noyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

Latviyada ağır yol qəzası baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Tallin şosesində içərisində uşaqlar olan avtobus qəzaya düşüb.

 

Belə ki, qəflətən qarşısına çıxa  avtomobillə toqquşmadan yayınmağa çalışan avtobusun sürücüsü  idarəetməni itirdiyi üçün avtomobil yoldan çıxaraq  aşıb.

 

Hadisə nəticəsində 20 uşaq müxtəlif dərəcəli xəsarət alıb. Avtobusda 22 uşaq və 4 böyük sərnişinin olduğu bildirilir.  Hadisə yerinə təcili yardım briqadaları və polis cəlb edilib. İnsidentin səbəbləri müəyyənləşdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR