Namiq Qaraçuxurlu ata oldu

Namiq Qaraçuxurlu ata oldu
14:05 7 Noyabr 2016
337 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu ata olub.

Milli.Az bildirir ki, bu haqda azxeber.com-a meyxanaçının yaxın ətrafı məlumat verib. 
 
Onun qız övladı dünyaya gəlib.
 
Qeyd edək ki, bir neçə ay öncə sürpriz bir şəkildə ailə həyatı quran meyxanaçının həyat yoldaşının toyda olmaması cəmiyyətdə bir sıra söz-söhbətə yol açmışdı. Hətta bəzi mətbuat orqanlarında Namiqin toyu haqda birmənalı olmayan fikirlər yayımlanmışdı.
 
Kiçik araşdırmamız nəticəsində məlum olub ki, Namiqin həyat yoldaşı şou-biznesə heç də uzaq adam deyil. O, şou aləmində Gaga ləqəbiylə tanınan xanımla ailə qurub. Bu xanım bir neçə il öncə tanınmış müğənni Rüfət Axundovun "Qəlb evimdən çıxdı getdi" mahnısında rol alıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR