Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərəb turist "Tarqovı"da öldü

Ərəb turist "Tarqovı"da öldü

Date: 7 November 2016 15:14

Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb. Lent.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu Nizami küçəsi 61 ünvanının qarşısında - "Tarqovı" məhəlləsi adlanan yerdə baş verib. BƏƏ vətəndaşı, 1963-cü il təvəllüdlü Abdulla Xatın İbrahim yeriyərkən qəfil halı pisləşib və yıxılıb. Təcili tibbi yardım briqadası gəlincə, o keçinib.

 

Ölüm faktı ilə bağlı araşdırma aparılır.  A.İbrahimin Bakıya turist kimi gəldiyi bildirilir.


Tags:  Ərəb turist Tarqovıda öldü


RƏYLƏR


Top news