100-dən çox xəbər agentliyinin rəhbərləri Bakıya toplaşacaq

100-dən çox xəbər agentliyinin rəhbərləri Bakıya toplaşacaq
18:09 7 Noyabr 2016
67 Digər
Ölkə mətbuatı
A- A+

 

 

 

Azərbaycan noyabrın 16-18-də nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək.

 

 

Lent.az-ın AzərTAc- istinadən məlumatına görə, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlərə dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 100-dən çox xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT və UNESCO-nun vəzifəli şəxsləri, həmçinin regional media qurumlarının nümayəndələri dəvət olunublar.

 

Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın Baş Assambleyasının birgə açılış mərasimi noyabrın 16-da Heydər Əliyev Mərkəzində olacaq.

 

Devizi “Xəbər agentlikləri üçün yeni çağırışlar” olan Konqresin sessiyalarında “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası”, “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” kimi aktual mövzularda diskussiyalar aparılacaq, yeni minillikdə sürətli transformasiyaya məruz qalan jurnalistikanın problemləri, xəbər agentlikləri ilə sosial medianın müxtəlif platformaları arasında əməkdaşlıq formaları müzakirə ediləcək.

 

Sessiyalarda beynəlxalq media qurumlarının - Dünya Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, Associated Press, Reuters, Sinxua, Anadolu, TASS, France Press, Press Association, EFE, Yonhap, Kyodo, TT, SPA, BTA, AAP, İRNA, DPA, Notimex, ATPE və digər nüfuzlu informasiya agentliklərinin, “Los-Angeles Times” qəzetinin, “Al Arabiya” televiziyasının rəhbərləri, “Tripod Advisors”, “News Corp”, “PwC”, “Axel Springer”, “Stibo Accelerator” aparıcı media şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.

 

Konqresdə iştirakçı agentliklərin “Xəbər”, “Bayramlar” və “İdman” mövzularında 600-ə yaxın ən yaxşı fotoşəkillərindən ibarət albom təqdim olunacaq. Fotoalbom Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə nəfis tərtibatda nəşr edilib.

 

Tədbir çərçivəsində bir sıra müqavilələr imzalanacaq, Konqresin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq.

 

Bununla da Konqresdə sədrlik AZƏRTAC-a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.

 

OANA-nın noyabrın 18-də “Absheron Marriot” otelində keçiriləcək XVI Baş Assambleyasının iclasına 40 agentliyin 80-dən çox rəhbəri və təmsilçisi qatılacaq. Növbəti üç ildə bu təşkilata da sədrlik, qurumun veb-saytının idarə edilməsi və digər təşkilati məsələlər AZƏRTAC-a həvalə olunacaq.

 

İnformşuranın XXII iclasının gündəliyinə isə qurumun 2016-cı ildə fəaliyyəti, müştərək layihələrin reallaşdırılması, informasiya mübadiləsinin genişləndirilməsi kimi məsələlər daxildir.

 

Qeyd edək ki, Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskva şəhərində keçirilib. Sonrakı konqreslərə müvafiq olaraq İspaniya, Argentina və Səudiyyə Ərəbistanı ev sahibliyi edib. Konqresin əsas orqanı Şuradır. 2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə Associated Press, Reuters, Press Association, SPA, TASS, EFE, Kuna, AZƏRTAC və TELAM agentliklərinin rəhbərləri, regional media qurumları olan EANA, OANA və FANA-nın baş katibləri Şuraya üzv seçiliblər.

 

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədi ilə yaradılıb. Təşkilata 35 ölkədən 43 agentlik daxildir. AZƏRTAC 2004-cü ildən bu beynəlxalq qurumda fəal təmsil olunur, üç dəfə büro üzvü seçilib. 2013-cü ildə Moskvada keçirilən XV Baş Assambleyada AZƏRTAC gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə bu təşkilata sədrlik etmək hüququ qazanıb.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Yeni qurğu “kosmik zibil”in təmizlənməsi ilə məşğul olacaq

24 Aprel 2017 15:35

Bir zamanlar podiumda meydan sulayırdı, indi qoyun otarır

24 Aprel 2017 15:34

Miqrantları aparan qayıq batdı

24 Aprel 2017 15:32

Dünyanın ən təhlükəli və təhlükəsiz şəhərləri - SİYAHI

24 Aprel 2017 15:27

Azərbaycanlı alimin kitabı BMT kitabxanasında - FOTO

24 Aprel 2017 15:27

Hollandiyada azərbaycanlılar arasında DAVA: Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlandı - VİDEO

24 Aprel 2017 15:23

Sevgilisini yuxuda gördü, məzarını açdırdı

24 Aprel 2017 15:22

Bakıda həqiqi puldan seçilməyən saxta pul kəsiblər - GÖRÜNTÜLƏR

24 Aprel 2017 15:19

Azərbaycan kinosunda 18+ görüntülər

24 Aprel 2017 15:18

"Suriyaya səfərim yanlış addım idi" - AŞ PA sədri

24 Aprel 2017 15:17

ABŞ müdafiə naziri gözlənilmədən Əfqanıstana getdi

24 Aprel 2017 15:17

Fətullah Gülən 100 ildən çox yaşamaq üçün illərdir bunu edirmiş - MİLYONLUQ PROSES - ŞOK TƏFƏRRÜAT

24 Aprel 2017 15:14

Sünnət toylarının keçirilməsi qadağan ediləcək?

24 Aprel 2017 15:14

Nərgiz və Cavidin romantik rəqsi - FOTO

24 Aprel 2017 15:12

7 nəvənin nənəsi ilə, özündən 24 yaş böyük qadınla evlənmiş siyasətçi - Makron - FOTO

24 Aprel 2017 15:12

AŞPA-da QALMAQAL: deputatlar sədri zaldan qovdular

24 Aprel 2017 15:09

Biləsuvar sakininin 6 baş heyvanı oğurlandı

24 Aprel 2017 15:06

Lüks villa qiymətinə gəlinlik paltarı göstərildi - FOTO

24 Aprel 2017 15:05

Ərdoğan onu öldürməyə çağıran fransızdan prokurorluğa şikayət etdi

24 Aprel 2017 15:03

Nikolas Maduro geri addım atdı

24 Aprel 2017 14:59

Berlin üçün yeni döyüş: Şoyqu Moskva ətrafında Reyxstaxı necə “aldı” - FOTOLAR

24 Aprel 2017 14:53

Kim Kardaşyanın bacısı şəkilləri ilə olay yaratdı - FOTOLENT

24 Aprel 2017 14:49

Devid Bekhem mükafatlandırıldı

24 Aprel 2017 14:47

Ən qəribə müalicə metodları

24 Aprel 2017 14:46

SIPRI dünya nəhənglərini açıqladı - Kimlər silaha daha çox xərcləyir?

24 Aprel 2017 14:43

"İnter" rəhbərliyi baş məşqçini fikrindən döndərə bildi

24 Aprel 2017 14:42

"Print Screen" nədir?

24 Aprel 2017 14:41

Acun avtomobilə 2 milyon xərclədi - FOTO

24 Aprel 2017 14:37

İnsan saçından min dəfə nazik karbon borucuq yaradılıb

24 Aprel 2017 14:35

ABŞ-ın hədəfə dəyməyən raketlərində Rusiya BARMAĞI - Ekspertdən ŞOK İDDİA

24 Aprel 2017 14:33

"Dedi ya pulu gətir, ya da arvadını" - Facebook-da cinayət mesajı

24 Aprel 2017 14:32

"Forza Neftçi"dən boykot qərarı

24 Aprel 2017 14:32

Bakıda bəzi avtomobillərin hərəkəti məhdudlaşdırldı

24 Aprel 2017 14:32

Rza Zərrab üçün mühüm gün - Ebru onu tək buraxdı

24 Aprel 2017 14:27

Şirindən yeni qəzəl

24 Aprel 2017 14:26

"Yeni Üfüq"də ictimai fəal xanımlarla görüş keçirilib

24 Aprel 2017 14:24

Cəsarətli pozalar verən 54 yaşlı sənətçi: “Heç olmasa elə çəkin ki…”

24 Aprel 2017 14:23

Münsiflərdən "çoban"a cavab: "Finala qədər gələ bilərdi"

24 Aprel 2017 14:22

Modelləri künc-bucağa sıxışdıran MƏŞHUR – FOTOLAR

24 Aprel 2017 14:18

3 uşaq anası polisliyi atdı - Striptiz klubda işləyir - FOTO

24 Aprel 2017 14:17

Azərbaycanlı müğənni Rusiyadan deportasiya edildi

24 Aprel 2017 14:17

Tarixdə bu gün nələr baş verib?

24 Aprel 2017 14:16

Afaq yenə soyundu - YENİ FOTOLAR

24 Aprel 2017 14:14

Aprel döyüşlərində yaralanmış hərbçilər protezlə təmin olunub

24 Aprel 2017 14:13

Premyer Liqada mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

24 Aprel 2017 14:12

Elza: "İtlərin toyunda iştirak edərdim"

24 Aprel 2017 14:12

Azərbaycan XİN: ""İndependent" qəzetinin "fakenews" xarakterli sifarişli yazıya məkan verməsi təəssüf doğurur"

24 Aprel 2017 14:12

Kral oğlunu səfir edib, naziri işdən çıxarıb

24 Aprel 2017 14:05

Dostunun uşağını oğurlayıb pul tələb etdi

24 Aprel 2017 14:05

Səfir xanımı Əmirlikdə mükafat aldı

24 Aprel 2017 14:04