İnzibati Xətalar Məcəlləsində terrorçuluqla bağlı YENİ MADDƏ

İnzibati Xətalar Məcəlləsində terrorçuluqla bağlı YENİ MADDƏ
12:59 8 Noyabr 2016
109 Digər
Ölkə mətbuatı
A- A+

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu təsdiqləyib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 598.0.7-ci maddə əlavə edilib:

 

“598.0.7. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, о cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivlərinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dondurulması üzrə tədbirlərin görülməməsinə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarının icra edilməməsinə görə - ”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR