Sosial şəbəkələrin fenomeninə çevrilən Çinarədən yeni mahnı - VİDEO

Sosial şəbəkələrin fenomeninə çevrilən Çinarədən yeni mahnı - VİDEO
13:44 8 Noyabr 2016
105 Digər
Ölkə mətbuatı
A- A+

Son zamanlar sosial şəbəkələrin fenomeninə çevrilən gənc müğənni Çinarə Məlikzadə yeni mahnısını təqdim edib. Lent.az-ın məlumatına görə, ifaçı sözləri Üygün Məmmədovaya, musiqisi bəstəkar Sevinc Tofiqqızına məxsus "Bir sən varsan, bir də mən” adlı mahnını lentə aldırıb.

 

Tanınmış bəstəkar Sevinc Tofiqqızı bəstəsi haqda deyib: "Bir sən varsan, bir də mən” ən çox sevdiyim bəstələrdəndir. Çinarənin ifasını çox bəyənirdim və bu mahnıya müraciət etməsi məni çox sevindirdi. Bu Çinarənin ilk mahnısıdır və ümid edirəm ki, bizim işlərimiz davamlı olacaq”. Bəstəkar mahnının uğurlu olacağını və yaxın zamanlarda klip çəkiləcəyini də vurğulayıb: "Əminəm ki, bu ifa uğur qazanacaq, çünki həm Çinarənin səsi, həm də bəstə və sözlər çox gözəldir. Yaxın zamanlarda bu ifaya klip çəkiləcək və geniş təqdimat mərasimi baş tutacaq”.

 

Gənc ifaçı Çinarə Məlikzadə də öz növbəsində mahnıya görə müəlliflərə təşəkkür edib: "Çox sevinirəm ki, ilk işim peşəkar bəstəkar Sevinc xanımla oldu. Mən ona müraciət etdim və bəstəkar xanım təklifimi məmnuniyyətlə qəbul etdi. Bundan sonra da əməkdaşlığımız davam edəcək və yeni layihələr edəcəyik. Həm Sevinc xanıma, həm də mahnının sözlərinin müəllifi Aygün Məmmədovaya təşəkkür edirəm. Ümid edirəm ki, dinləyicilər də "bir sən varsan, bir də mən” adlı mahnımı bəyənəcəklər”


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258890

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR