“Möhtəşəm oyun olacaq” – Robert Prosineçki

“Möhtəşəm oyun olacaq” – Robert Prosineçki
15:24 8 Noyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Prosineçki 10 min uduzdu (28 Aprel 2017 10:42)
Meneceri: "Robert Prosineçki ilə "Bursaspor" yox, İspaniya klubları maraqlanır" (26 Aprel 2017 11:52)
“Bursaspor” klubu Robert Prosineçkinin AFFA ilə müqavilə müddətindən xəbərsizdir (26 Aprel 2017 09:57)

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin apasport.az saytına müsahibəsi

 

- Futbolçuları klublarında müntəzəm izləmisiniz. Dünəndən etibarən isə Şimali İrlandiya seçmə mərhələ görüşünün hazırlığına başlamısınız. Komandanın durumu nə yerdədi?

- Bəli, çempionat oyunlarını müntəzəm izləyirik. Topaz Premyer Liqasında mübarizə aparan klublarla müqayisədə “Qəbələ” və “Qarabağ”ın futbolçuları qısa zamanda daha çox oyun keçiriblər. Bu üzdən yorğunluq hiss olunur. Dünən və bu gün yüngül məşq keçdik ki, uşaqlarda çox yüklənmə olmasın. Artıq Belfasta yola düşürük. Sabah və noyabrın 10-da da məşqlərimiz var. Komandanın dincəlməsi üçün kifayət qədər vaxt var. Oyun gününə qədər oyunçular tam hazır vəziyyətə gələcəklər.

 

- Rəqibi yəqin ki, təhlil etmisiniz. Şimali İrlandiya barədə nə deyə bilərsiniz?

- Sözsüz ki, mənim işim hər rəqibi təhlil etməkdən ibarətdi. Şimali İrlandiya yığmasını analiz etmişik və bilirik ki, onlar son Avropa çempionatında iştirak ediblər. Üstəlik, qrupdan çıxmış və növbəti mərhələyə vəsiqə qazanmışdılar. Heyətin 90 faizi İngiltərə Premyer Liqasında oynayır. Həmin klubları bir-bir saymaq istəmirəm. Amma oynadıqları komandalar çox güclüdülər. Bilirəm ki, Belfastdakı stadionda milli oynayanda həmişə möhtəşəm atmosfer olur. Rəqib azarkeşlərin bizə təzyiqi olacaq. Amma mən həmişə optimist olmuşam. Komandama inanıram, futbolçularımın hansı keyfiyyətdə olduqlarını bilirəm. Möhtəşəm oyun olacaq. Bayaq dediyim kimi, azarkeşlər Şimali İrlandiya yığmasına yaxşı dəstək olacaqlar. Lakin biz bundan qorxmuruq. Matça qədər hələ vaxtımız var, lazımi hazırlıqlarımızı keçib, meydana çıxacağıq. Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik.

 

- Digər rəqiblərlə müqayisədə Şimali İrlandiya millisinin hansı üstün cəhəti sizi daha çox narahat edir?

- Azərbaycan yığması bundan əvvəl daha güclü komandalara qarşı oynayıb. Çexiya və Norveç millilərində fərdi ustalığı daha yüksək olan futbolçular var. Şimali İrlandiyanın üstünlüyü isə ondan ibarətdi ki, futbolçuları uzun müddətdi bir yerdə çıxış edirlər. Onlarda yeni 1-2 futbolçu var, heyətlərinin 99 faizi uzun müddətdi birlikdə oynayır. Əsasən standart vəziyyətlər zamanı qol epizodları yaradırlar, “ikinci mərtəbə”də çox güclüdülər. Amma yenə də deyirəm, bizim komandada hazırda ab-hava çox gözəldi. Axırıncı nəticələrdən sonra kollektivdə yaxşı atmosfer var. Mən futbolçularıma inanıram. Bəli, bizim üçün çətin oyun olacaq. Belfastda möhtəşəm atmosferlə üzləşəcəyik. Rəqibin futbolçuları bir-birlərini çox gözəl başa düşürlər. Ancaq biz də əlimizdən gələni edəcəyik ki, onları asan oyun gözləməsin. Heyətlə bağlı bir ciddi itkimiz var. Rəşad Sadıqov bugünkü məşqdə zədələnib, oynaya bilməyəcək. Bundan başqa, Dəniz Yılmaz komandaya bir az gec qoşulacaq. Ailə üzvləri xəstə olduğundan, vaxtında gələ bilmədi. Dəniz komandaya sabah Belfastda qoşulacaq. Rəşadın oynamamağı bizim üçün böyük itkidi. Çətin səfər görüşü olmasına baxmayaraq, əlimizdən gələni edəcəyik. Oyunçularım əvvəlki matçlarda da sübut ediblər ki, belə rəqiblərə qarşı da oynaya bilirlər. Bu səbəbdən də Belfastdan yaxşı nəticə ilə qayıdacağımıza inanıram.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Rusiyalı gimnastlar: "Öz üzərimizdə işləməli, səhvləri düzəltməliyik"

30 Aprel 2017 15:29

Millimizin Bakı-2017-də HEYƏTİ

30 Aprel 2017 15:29

Antalyaya qiyabi səyahət

30 Aprel 2017 15:28

Qəza xeyli sayda can aldı

30 Aprel 2017 15:27

Nazirlik: Həmin ətlər ölmüş at və aqoniya vəziyyətində kəsilmiş mal ətləridir

30 Aprel 2017 15:24

Xoşqədəm "Sən supersən!"in səhnəsində Alla Puqaçovanın mahnısını ifa etdi

30 Aprel 2017 15:22

"Real" çempion olsa, "Malaga" 1 milyon avro qazanacaq

30 Aprel 2017 15:22

Corab sataraq milyonçu olan məktəbli

30 Aprel 2017 15:19

Salyanda Qarabağ veteranının evi yanıb

30 Aprel 2017 15:17

Kürdəmirdə pambıq tarlasında bədbəxt hadisə

30 Aprel 2017 15:15

Braziliyalı futbolçu Bundesliqanın tarixinə düşdü

30 Aprel 2017 15:12

Daşkəsəndə aşkarlanan ət insan sağlamlığı üçün təhlükəlidir - Nazirlik məlumat yaydı

30 Aprel 2017 15:12

Bu ağacın 4841 yaşı var - FOTOLAR

30 Aprel 2017 15:08

Taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO

30 Aprel 2017 15:05

"Beynəlxalq Caz Günü" qeyd olunur

30 Aprel 2017 15:02

Qardaşlarını, onların həyat yoldaşlarını öldürdü

30 Aprel 2017 14:59

Karton parçasından görün nələr yaratdı - FOTOLAR

30 Aprel 2017 14:58

Kolumbiyada bina çökdü: 20 ÖLÜ

30 Aprel 2017 14:52

104 cüt ayaqqabı oğurladılar - AĞDAŞDA

30 Aprel 2017 14:49

Neymar bombası "partlayır" - 200 milyonluq transfer

30 Aprel 2017 14:47

“Bakı Marafonu 2017” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

30 Aprel 2017 14:47

Piyada zolağı ilə bağlı

30 Aprel 2017 14:42

Trampın ofisindəki qırmızı düymənin sirri: Nivə silahı, yoxsa kola reklamı? - FOTOLAR

30 Aprel 2017 14:38

Türkiyədə spirtli içkilər QADAĞAN olundu

30 Aprel 2017 14:37

Daşkəsəndə aşkar olunan ətlər insan sağlamlığına zərər yetirən bakteriyalarla çirklənib

30 Aprel 2017 14:37

Azarkeş: Azərbaycan yığmasının Dünya Kubokunda mükafat qazanacağına əminəm

30 Aprel 2017 14:36

Tanınmış aktyor vəfat edib

30 Aprel 2017 14:36

Abdolbari Goozal Azərbaycan vətəndaşıdır? - AÇIQLAMA

30 Aprel 2017 14:27

Londonda terror təhlükəsi - XƏBƏRDARLIQ

30 Aprel 2017 14:22

Tamaşaçı: Azərbaycan gimnastikasını parlaq gələcək gözləyir

30 Aprel 2017 14:22

Prezidentin qızları, generallar, məşhurlar Bakı Marafonunda

30 Aprel 2017 14:22

Məşhur avtomobil fabriki - "Gorky" - FOTOLAR

30 Aprel 2017 14:13

"Qəbələ"nin sabiq futbolçusu rəqib oyunçunu xilas etdiyinə görə mükafatlandırılıb

30 Aprel 2017 14:07

Kolumbiyada yaşayış binası çökdü

30 Aprel 2017 14:05

İndiyə kimi səhv istifadə etdiyimiz əşyalar - VİDEO

30 Aprel 2017 14:03

Yusuf Güneydən azərbaycanlı pərəstişkarlarına SÜRPRİZ

30 Aprel 2017 13:57

Azərbaycanlı müğənnilərin ƏSL PEŞƏLƏRİ - SİYAHI

30 Aprel 2017 13:54

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində

30 Aprel 2017 13:53

Londonda daha iki terror aktı törədilə bilər

30 Aprel 2017 13:50

ABŞ gimnastı: "Hər çıxış mənim üçün zövq və bayramdır" (FOTO)

30 Aprel 2017 13:50

İranlı marafon iştirakçısı: Mənim üçüncü yerim qələbəyə bərabərdir

30 Aprel 2017 13:50

"Tənbəl kotletlər"in hazırlanma qaydası

30 Aprel 2017 13:50

Bloqqer Mehman intihar etdi

30 Aprel 2017 13:46

Afaq Aslan bu dəfə tamam soyundu və çarpayıda... - VİDEO

30 Aprel 2017 13:43

Azərbaycanda pambıq tarlasında faciə: qadın öldü

30 Aprel 2017 13:39

Valideynini itirən İntiqam və Ehtiram kövrəldi: "Atam yatdı ayılmadı"

30 Aprel 2017 13:37

Fotoda neçə insan üzü var

30 Aprel 2017 13:37

Azərbaycan futbolunda mövsümün əvəzedilməzi

30 Aprel 2017 13:29

Ayın və həftənin ilk gününə olan hava proqnozu

30 Aprel 2017 13:25

Mehman Qələndərlinin intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA

30 Aprel 2017 13:19