Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəkidə 3 otaqlı ev, Ağstafa bitum sexi yandı

Şəkidə 3 otaqlı ev, Ağstafa bitum sexi yandı

Date: 9 November 2016 06:24

Şəkidə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin tavanı 1 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Bundan başqa Ağstafa rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 m2 olan bitum sexində elevatorun mühərriki və 9 m2 sahəyə dağılmış bitum yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 


Tags:  Şəkidə otaqlı ev Ağstafa bitum sexi yandı


RƏYLƏR


Top news