Tramp daha üç ştatda Klintonu qabaqlayır

Tramp daha üç ştatda Klintonu qabaqlayır
06:39 9 Noyabr 2016
83 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Respublikaçılar Partiyasından ölkə prezidentliyinə namizəd Donald Tramp Texas ştatı üzrə   demokrat Hillari Klintonu kiçik fərqlə qabaqlayır.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  ştat üzrə bülletenlərin hesablanmış 50  faizinin nəticəsinə görə, Tramp 49,7 faiz, Klinton isə 46,2 faiz səs toplayıb. 

 

Tramp həmçinin Arkanzas və Kanzas ştatlarında da liderliyi ələ keçirib. Belə ki,  Arkanzasda bülletenlərin hesablanmış 15 faizinin nəticəsinə görə, Trampa 52,3 faiz, Klintona isə 42,7 faiz səs verilib. Kanzasda səslərin hesablanmış 1 faizinin nəticəsinə görə, seçicilərin 54,3 faizi Trampı,  39,8 faizi isə onun rəqibini dəstəkləyib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR