Səfir: "ABŞ-da səsvermə, mübarizə başa-baş getdi"

Səfir: "ABŞ-da səsvermə, mübarizə başa-baş getdi"
11:57 9 Noyabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

"ABŞ-da səsvermə, mübarizə başa-baş getdi. Seçkidə hər bir səsin əhəmiyyətli olduğu bir daha təsdiqini tapdı". 

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ABŞ-da prezident seçkilərinin nəticələrinə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
 
R. Sekuta bildirib ki, səslərin sayılması davam edir: "Ancaq Hillari Klintonun nümayəndəsi artıq tərəfdarları evlərinə qayıtmağa çağırıb. Bununla belə, ABŞ-da adətən namizədlərdən biri qələbə münasibəti ilə digərini təbrik edir. Hələ bu baş verməyib. Buna görə də seçkinin qalibi barədə danışmaq tez olardı".
 
ABŞ səfiri yeni prezidentin dövründə də Azərbaycanla münasibətlərdə iqtisadiyyat, enerji və demokratiya sahəsində prinsiplərin dəyişməyəcəyinə inandığını bildirib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR