Bakıda quldurluq: maşına basıb döydülər

Bakıda quldurluq: maşına basıb döydülər
14:04 9 Noyabr 2016
83 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda quldurluq etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 8-də Yasamal rayonu ərazisində 3 nəfər naməlum şəxs Bərdə rayon sakini Elgün İsmayılovu  "VAZ-2106" markalı avtomobilə oturdub döyərək 200 manat və 10 min rubl pulunu, habelə mobil telefonunu alıblar. Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elvin Bağırov (avtomobilin sahibi), əvvəllər məhkum olunmuşlar Famil Babayev və Balakən rayon sakini Mahir Aşurov tutulublar.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR