Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Poroşenko Azərbaycan prezidentini təbrik edib

Poroşenko Azərbaycan prezidentini təbrik edib

Date: 9 November 2016 20:54

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko  arasında telefon danışığı olub.

 

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti xəbər verib.

 

P.Poroşenko Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan liderini təbrik edib.

 

Tərəflər iyulun 14-də Bakıda keçirilmiş görüşdə əldə edilən razılaşmaların həyata keçirilməsindən məmnunluq ifadə ediblər. 

 

P.Poroşenko Ukraynanın suverenliyi və ərazi bütövlüyünü  davamlı və ardıcıl dəstəklədiyinə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda koordinasiya və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

 

Pyotr Poroşenko Azərbaycan prezidentini Ukraynaya rəsmi səfər dəvət edib.


Tags:  Poroşenko Azərbaycan prezidentini təbrik edib


RƏYLƏR


Top news