Bakıda 32 yaşlı kişi bıçaqlandı

Bakıda 32 yaşlı kişi bıçaqlandı
03:24 10 Noyabr 2016
92 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi baş verib, 32 yaşlı kişi ağır yaralanıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində, Əli bəy Hüseynzadə küçəsinin 10-cu döngəsindəki 2 saylı evin qarşısında baş verib.

 

Həmin evdə yaşayan 32 yaşlı Həsənov Aslan Baba oğlunu tanışları evindən çağırıblar. Qapıya gələn bir neçə nəfərlə Aslan Həsənov arasında mübahisə yaranıb. Mübahisə zamanı o, qarın nahiyəsindən və ayağından bıçaqlanıb.

 

Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı məlum olub ki, Aslan Həsənovun ayağına batan bıçaq şah damarı kəsib. Çoxlu qan itirən yaralını orada əməliyyat etmək mümkün olmadığından, yaralı yaxınları tərəfindən başqa xəstəxanaya köçürülüb. Aslan Hüseynovun vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin kimlər tərəfindən törədildiyi və mübahisənin səbəbləri dəqiqləşdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR