Madonna, Rihanna və Beyonsdan Trampa TƏNQİD

Madonna, Rihanna və Beyonsdan Trampa TƏNQİD
11:39 10 Noyabr 2016
134 Digər
Ölkə mətbuatı
A- A+

 

Donald Trampın Amerikanın yeni prezidenti seçilməsi dünya şou-biznesində də birmənalı qarşılanmayıb. Lent.az-ın məlumatına görə, Amerika sənət dünyasının bir çox məşhur simaları bu seçimi tənqid ediblər. Seçkilər müddətində hər zaman Hillari Klintonu dəstəklədiyini nümayiş etdirən pop-star Madonna rəsmi internet səhifələrində Trampı tənqid edən paylaşımlar edib. O, seçki günü bütün gecə yatmayaraq dua etdiyini bildirib. Seçkilərdən sonra isə Amerikanın dünyada biabır olacağını yazıb: “Mən dünən gecə dua edərkən.. Ancaq bu kömək olmadı! Bəlkə də nə vaxtsa olacaq. Trampın qalib gəlməsi Amerikanın dünyada biabır olmasıdır. Yeni bir alov, üsyan, inqilab başlayacaq. Biz əsla vaz keçməməliyik!”.

 

Bundan əvvəl Barak Obamanı dəstəkləyən Beyons isə seçki təbliğatı müddətində Hillari Klintonu dəstəkləyən paylaşımlar edib. Seçkilərdən sonra isə o, xanım Klintona dəstək konsertindən video paylaşaraq təəssüf işarəsi qoyub.

 

Hillari Klintonu dəstəkləyən Rihanna da seçki günü xanım Klintona dəstək əlaməti olaraq onun şəklini əks etdirən köynəkdə səsverməyə getdiyini bildirən foto paylaşıb. Səsvermədən sonra isə Rihanna Amerikanının təhlükədə olduğunu bildirən karikatura paylaşıb.

 

Trampı tənqid edənlərdən biri də müğənni və aktrisa Cenifer Lopes olub. Klintonu dəstəkləyən Lopes səsvermənin nəticələrinə belə münasibət bildirib: “Demokratiya sahəsində ən pis hal baş verdi. Hətta gələcək üçün çox utandırıcı bir qərar oldu və ümidlərimiz itdi. Hilari Klinton, biz sənin kim olduğunu, nə üçün çalışdığını bilirik. Ona görə də imkan vermə, məğlub olma. İmkan vermə səni dəyişsinlər!”

 

Rusiya estradasının kralı, Rusiyanın xalq artisti Filipp Kirkorov isə əvvəlcə əvvəlki həyat yoldaşı xalq artisti Alla Puqaçova ilə olan fotosunu paylaşaraq D. Trampın şəxsən onların toyunda iştirak etdiyini və konsertlərinə gəldiyini qeyd edən paylaşım edərək Amerikanın yeni prezidentini təbrik edib. Sonra isə F. Kirkorov həmin paylaşımı silərək sadəcə olaraq D. Trampla olan fotonu paylaşaraq onun sayəsində Amerikanı sevdiyini qeyd edib: “1999-cu il. 17 il əvvəl. Tac-Mahalda möhtəşəm konsert proqramı. Amerikada növbəti böyük turne. Məni bu ölkəni kəşf etməyə kömək edən insanla”.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259055

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR