Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ştaynmayer Ankaraya gedir

Ştaynmayer Ankaraya gedir

Frank-Valter Ştaynmayer Almaniya prezidenti seçilib (12 Fevral 2017 18:02)
Almaniyanın yeni prezidenti o oldu (12 Fevral 2017 17:37)

Tarix: 10 Noyabr 2016 21:44

Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer  noyabrın 15-də Türkiyəyə rəsmi səfər edəcək.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  F.Ştaynmayer bundestaqda çıxışı zamanı bildirib.   

 

Qeyd edək ki, Türkiyə XİN-i bundan əvvəl rəsmi Berlini çevriliş cəhdinin qarşısı alındıqdan sonra Ankaranı lazımi dəstək verməməkdə və PKK terrorçularına sığınacaq verməkdə günahlandırıb.

 

Almaniya DİN-nin məlumatına görə, Türkiyə DİN-i PKK terrorçularının ekstradisiyası ilə əlaqədar son illər ərzində Almaniyaya 4 minədək sorğu göndərib. Rəsmi Ankara bu sorğulardan heç birinin təmin edilmədiyini iddia edir.   


Teqlər:  Ştaynmayer Ankaraya gedir



RƏYLƏR


Top xəbərlər