Türkiyə Britaniya ilə nəhəng ticarət sazişi imzalayacaq

Türkiyə Britaniya ilə nəhəng ticarət sazişi imzalayacaq
05:19 11 Noyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxdıqdan (Brexit) sonra Londonla irimiqyaslı ticarət müqaviləsini imzalamağa hazırdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.  

 

Nazir sazişin təfərrüatlarını açıqlamayıb.

 

Qeyd edək ki, Böyük Britaniyanın XİN rəhbəri Boris Conson Ankaraya səfəri zamanı ölkəsinin Aİ-ni tərk etdikdən sonra Türkiyə ilə nəhəng ticarət müqaviləsi imzalayacağını bildirib.

 

Türkiyə 2015-ci ildə Türkiyəyə 10,6 mlrd. dollar dəyərində mallar ixrac edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR