Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Teleradio yayımı dövlət təhlükəsizliyinə aid fəaliyyət sayılacaq - QANUN

Teleradio yayımı dövlət təhlükəsizliyinə aid fəaliyyət sayılacaq - QANUN

ATV-nin yayımı bərpa olundu - (06 Mart 2017 20:13)
ATV telekanalının yayımı dayanıb (06 Mart 2017 19:22)
ATV-nin yayımı DAYANDI (06 Mart 2017 19:08)

Tarix: 11 Noyabr 2016 13:09

 

Azərbaycanda teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü hesab olunacaq.

 

APA-nın məlumatına görə, Milli məclisin bu gün keçirilən iclasında “Lisenziyalar və icazələr haqqında” qanunun 1 və 2 nömrəli əlavələrinə dəyişiklik müzakirə olunub.

 

Layihəyə əsasən, qanunun 1 nömrəli əlavəsindən (Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 7-ci (Teleradio yayımı fəaliyyəti) maddə çıxarılır. Eyni adlı maddə 5-ci maddə kimi qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) daxil edilir.

 

Müzakirələrdə çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, televiziya və radio olduqca strateji sahədir, bu baxımdan dəyişikliklərin edilməsi doğru addımdır.

 

Layihə səsə qoyularaq qəbul olunub.


Teqlər:  Teleradio yayımı dövlət təhlükəsizliyinə fəaliyyət sayılacaq QANUN



RƏYLƏR


Top xəbərlər