Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zorlamada ittiham olunan məktəb direktoru işdən çıxarıldı - Bakıda

Zorlamada ittiham olunan məktəb direktoru işdən çıxarıldı - Bakıda

Date: 11 November 2016 15:39

Bakının Xəzər rayonunun 230 saylı məktəbinin direktoru işləmiş Elşən Qafarov ilə onun müavini Ləman Babayeva arasında baş verən qalmaqalla əlaqədar olaraq, məktəbin direktoru vəzifəsindən azad edilib.

Lent.az-ın Trend-ə istinadən məlumatına görə,bu barədə E.Qafarov özü məlumat verib.

E.Qafarov deyib ki, Xəzər rayonunun 230 saylı məktəbinə 2012-ci ilin sentyabrında direktor təyin edilib. O bildirib ki, vəzifəsindən azad olunması üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət edib və ötən gün nazirlik onun ərizəsini qəbul edib.

E.Qafarov hazırda məktəbdə təhvil-təslim işləri apardığını söyləyib.

Xatırladaq ki, L.Babayeva E.Qafarovun onu zorladığını iddia edib, lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.

 


Tags:  Zorlamada ittiham olunan məktəb direktoru işdən çıxarıldı Bakıda


RƏYLƏR


Top news