Rəşad Sadıqov nə vaxt sıraya dönəcək? - AÇIQLAMA

Rəşad Sadıqov nə vaxt sıraya dönəcək? -  AÇIQLAMA
16:07 11 Noyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın və milliminin kapitanı Rəşad Sadıqovun zədəsinin son durumu məlum olub.


Fanat.Az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu dünən Londonda həkim müayinəsindən keçib. Məlum olub ki, o, ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.


"Fiorentina" ilə oyundan sonra zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, mütləq iştirak etməli idim. Həkimlərlə oynayıb-oynamamağımı məsləhətləşəndə risk olduğunu bildirirdilər. Amma həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la matçlara zədəli çıxdım. Təhlükə gözlənilən idi. Bakıdakı son məşqdə zədəmi təzələdim. Bacarıqlı bir alman həkim var. Qismətdən o da Londonda idi. Əlaqə saxladıq və müayinədən keçdim. Bazar ertəsindən müalicəyə başlayacağıq. Proqnozlara əsasən, ən azı 6-7 həftəyədək yaşıl meydanlardan kənarda qalacam".



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rad-sadqov-n-vaxt-sraya-donck-t54073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR