Aktual mövzular: Dollar alış-satışı , Su çərşənbəsi, Məzənnə, Hava haqqında, Neftin qiyməti

Samsung Galaxy S8-in ekranı böyüyəcək

Samsung Galaxy S8-in ekranı böyüyəcək

Samsungs reputation in U.S. plunges to 49th: survey (21 February 2017 11:34)
Samsung is making extra-sure the Galaxy S8’s battery won’t explode (18 February 2017 13:34)
HTC 11 phone could get the coveted Snapdragon 835 chipset (08 February 2017 11:34)

Date: 12 November 2016 07:52

"Samsung" şirkəti yeni qabaqcıl "Galaxy S8" smartfonu üzərində işləməyə davam edir və gələcək qurğunun xarakteristikaları haqda internetdə yeni şayiələr çıxır.

"Phone Arena" nəşri yazır ki, yeni smartfon iki versiyada buraxılacaq. Bu halda hər iki modeldə displeylərin diaqonalı müvafiq olaraq 5.7 və 6.2 düym təşkil edəcək, halbuki "Galaxy S7" və "S7 Edge" modelləri müvafiq olaraq 5.1 və 5.5 düym diaqonallı ekranlara malikdirlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, eyni zamanda mənbələrin məlumatına görə, yeni smartfon modellərində ekranların kənar hissələri bükük olacaq və barmaq izi skanerini dəstəkləyən "home" düyməsi ekrana qurulacaq. Nəticədə "Galaxy S8" smartfonunun hər iki modelinin fiziki ölçüləri "Galaxy S7" ilə müqayisədə böyük olmayacaq.

Başqa bir mənbənin məlumatına görə, şirkət geri çağırılmış və istehsalı dayandırılmış "Note 7" pərəstişkarlarının diqqətini öz qabaqcıl qurğusuna  cəlb etmək üçün sonuncunun ekranını böyütmək qərarı qəbul edib.

Məlumat üçün bildirək ki, bundan əvvəl məlum olub ki, "Galaxy S8" smartfonu şəxsi səs köməkçisinə malik olacaq və qurğu gələn ilin aprelində nümayiş etdiriləcək.

Milli.Az


Tags:  Samsung Galaxy S8-in ekranı böyüyəcək



RƏYLƏR


Top news