Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada partlayışlar planlaşdıran 10 terrorçu tutuldu

Rusiyada partlayışlar planlaşdıran 10 terrorçu tutuldu

Date: 12 November 2016 20:09

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları  Moskva və Sankt-Peterburqda partlayışlar törətməyi planlaşdıran terror qruplaşmasının 10 üzvünü saxlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə FTX-nın mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, silahlılar avtomat silahlardan və kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə etməklə silsilə rezonanslı terror aktları törətməyi planlaşdırıblar.  

 

Əməliyyat zamanı terrorçulardan 4 ədəd partlayıcı qurğu, rabitə vasitələri, odlu silahlar və döyüş sursatları aşkarlanaraq götürülüb.    

 

Qruplaşma üzvlərinin hamısının Mərkəzi Asiya ölkələrin vətəndaşları olduğu bildirilir.

 

Əməliyyat TacikistanQırğızıstan xüsusi xidmət orqanlarının əməkdaşları ilə birgə keçirilib.  

 

Saxlanılanlar İŞİD terror qruplaşmasının başçıları ilə əlaqədə olduqlarını etiraf ediblər.  


Tags:  Rusiyada partlayışlar planlaşdıran 10 terrorçu tutuldu


RƏYLƏR


Top news